Şoyqu erməni müdafiə naziri ilə Qarabağdan danışdı

16.08.2022 - 14:34

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb və danışıqlar aparıb

Cumhuriyyet.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Qeyd olunur ki, nazirlər digər məsələlərlə yanaşı, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı da müzakirə aparıblar.

“Əvvəlki kimi biz də sizin kimi əminik ki, əsas sabitləşdirici amil bütün təmas xətti boyunca atəşkəsdir”, – Rusiya hərbi idarəsinin rəisi danışıqlar zamanı bildirib.

Şoyqu həmçinin erməni tərəfdaşına “Beynəlxalq Ordu Oyunları”nın və “Ordu-2022” beynəlxalq hərbi-texniki konfransının açılışında iştirakına, eləcə də Moskva Beynəlxalq Təhlükəsizlik Konfransındakı fəaliyyətinə görə təşəkkür edib.

Öz növbəsində, Papikyan qeyd edib ki, onlar ilin əvvəlindən bəri ikinci dəfədir görüşürlər və bu, ikitərəfli Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir.

“Bu görüş bizim üçün çox vacibdir. Biz Ermənistan-Rusiya əməkdaşlığının əldə edilmiş səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu yüksək qiymətləndiririk”, – Ermənistanın müdafiə naziri bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180738

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930