Quterreşdən sərhəddəki gərginliklə bağlı AÇIQLAMA
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 77-ci sessiyasının başlaması ilə bağlı keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, BMT Azərbaycan və Ermənistanın atəşkəslə bağlı razılığa gələ biləcəyinə ümid edir.
“Ümid edirəm ki, atəşkəs əldə olunacaq”, – deyə Quterreş çıxışında qeyd edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=181910