VHP Dünya Azərbaycanlılarına müraciət etdi: “Milli Birlik və Vətəndaş Həmrəyliyi bu gün ən böyük silahımızdır”

20.09.2022 - 20:16

Azərbaycan-Ermənistan sərhəddində baş verən son gərginlikdən sonra yaranmış hərbi-siyasi vəziyyətlə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Dünya Azərbaycanlılarına müraciət edib. Müraciəti diqqətinizə çatdırırıq:
” Əziz həmvətənlər!
Hər şeydən öncə bir məqamı diqqətinizə çatdıraq ki, hərbi qarşıdurma erməni tərəfin Azərbaycan ərazisində silahlı qüvvələrimizin dislokasiya məntəqələri arasındakı əraziləri  minalamasından sonra yaranıb. Ermənistan Baş Naziri tərəfindən də etiraf olunan bu fakt təxribatın qarşısını almaq üçün Azərbaycanın cavab tədbirləri gördüyünü təsdiqləyir. Unutmaq olmaz ki,  ötən müddət ərzində həmin istiqamətlərdə mütəmadi olaraq Azərbaycan ərazilərinin atəşə tutulması və erməni tərəfinin hərbi təhdidləri Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmasını zəruri edirdi. Azərbaycan heç bir dövlətə ərazi iddiası irəli sürmədiyini dəfələrlə bəyan və sübut edib. Amma işğaldan azad olunmuş və quruculuq işləri görülən ərazilərin təhlükəsizliyini təmin etmək bizim beynəlxalq hüquqla təsbit olunmuş haqqımızdır! VHP son hərbi əməliyyatları Azərbaycanın Ermənistana təcavüzü kimi qiymətləndirən qüvvələrə 30 il ərzində torpaqlarımızın işğal altında qalması faktını xatırladaraq. Ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunanda da bəzi qərb dövlətləri Ermənistanı yox, bizi işğzlçı sayirdı. BM TŞ- nın 4 qətnaməsi qulaq ardına vurulurdu. Ərazilərimizi qorumaq bizim milli haqqımızdır!  Azərbaycana qarşı qərəzli ittihamlar səsləndirən xarici qüvvələr və siyasətçilər özlərinin erməni lobbisinin oyuncağı olduğlarını nümayiş etdirirlər. Çox təəssüf ki, bu kampaniyaya bəzi azərbaycanlı şəxslər də qoşuldu. Ölkəmizin hərbi və siyasi uğurlarını gözü götürməyən qüvvələr  cəbhədə gərginlik yaranan kimi bir mərkəzdən idarə olunaraq  aktivləşməyə başladılar. İçimizdəki təxribatçılar, ermənilərə xidmət edənlər xalq arasında təşviş, xof yaratmağa yönələn məlumatlar paylaşıb  cəmiyyətin çaşqınlıq işində olmasına çalışdılar . Yalan xəbərlər yaymaqla rəsmi məlumatları kölgədə saxlamağa çalışan satqın qüvvələr Azərbaycanın itkilərinin çox olması, hətta ərazi itkilərimizin olduğu barədə dezinformasiyalar yayırdılar. Artıq hər iki tərəf rəsmi şəkilə itikiləri açıqlayıb. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Düşmənin darmadağın edildiyi  ermənilər tərəfindən də etiraf edilib. “İçimizdəki denikinlər” xaricdən aldıqları sifarişi yerinə yetirməkdədir. Bu ilk dəfə deyil. Son illər  ərzində  iddiası və şəxsi maraqları naminə hər yolu məqbul sayan,  vətən və millət sevgisindən uzaq, milli və dini ənənələrimizi ayaq altına atmağa hazır  şəxslərdən formalaşdırılmış və “demokratiyanı, insan haqlarını qorumaq” çətiri altında gizlədilmiş  bu şəbəkələrin əsas qayəsi elə məhz kritik məqamlarda ortaya çıxarılıb Azərbaycan dövlətinə içdən zərbə vurmaqdır.Vətəndaş Həmrəyliyi Partiyası ən yaxın tariximizi yada salaraq xatırladır ki, istiqlalımızın ilk illərində hakimiyyət savaşına qalxmaq yerinə,  həqiqi Vətən sevgisi, məsuliyyət və qeyrət hissiylə bir  masanın arxasında toparlanmağı bacarsaydıq və bütün güclərini də iç savaşa deyil, qanımızı içməyə hazır olan düşmənlə mübarizəyə səfərbər etsəydik 30 illik işğal əzabı yaşamazdıq. Tarixdən dərs götürmək zamanıdır. “Azərbaycan Ermənistan ərazisinə hücum edib! Bizim orada nə işimiz var?!” fikrini durmadan tirajlayan,  dünənədək “10 noyabrda niyə hərbi əməliyyatları dayandırdıq?” ittihamı irəli sürüb bu gün “Bu qədər şəhid niyə verdik?!”  arqumentini səsləndirənlərin erməninin başını əzən “Dəmir yumruq”la birdəfəlik əzilməsi zamanıdır. Ermənistanla sərhədlərimizin dəqiqləşdirilmədiyi bir vaxtda hansi sərhəddən söhbət gedə bilər? 2 ildir ki, Azərbaycan sərhədlərin dəqiqləşməsini istəyir, Etmənistan tərəfi bundan imtina edir və Azərbaycana hücum üçün hazırlıq işləri görür. Şəhidlərinin ruhuna hörmət edən hansı dövlət bu revanşist proseslərə biğanə qala bilər? Milli Birlik və Vətəndaş Həmrəyliyi bu gün ən böyük silahımızdır.
Vətəndaş Həmrəyliyi Partiyası bəyan edir ki, daxili və xarici bədniyyətli qrupların həyata keçirdiyi təxribatçı planlardan asılı olmayaraq, Azərbaycan öz hədəflərinə doğru addımlamaqdadır. Azərbaycan xalqı çox yaxın zamanlarda “Zəngəzur dəhlizi”nin açılmasına, Naxçıvana dəhliz vasitəsi ilə səfərlərin təşkil olunacağına, ən nəhayət Qarabağın dağlıq bölgələrinə Böyük Qayıdışa şahidlik edəcək. Buna heç kəsin şübhəsi olmasın!
Vətəndaş Həmrəyliyi Partiyası
20.09.2022”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182202

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930