Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır – Petrosyan

26.09.2022 - 23:39

Bizi çətin, ağrılı qərarlar gözləyir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə ilə heç kimin bəyənməyəcəyi müqavilələr imzalanmalıdır: “Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik”

Sabiq prezident deyib ki, o, Paşinyan hakimiyyəti ilə dialoq təklif edib.

“Çünki cəmiyyətimizin baş verənlərdən xəbəri yoxdur. Bu məlumatı yalnız bir nəfər, Nikol Paşinyan bilir. Ola bilsin ki, bu məlumatı yaxın ətrafı ilə bölüşür. Bütün həqiqəti bilən iki-üç adam ola bilər”, – deyə Petrosyan vurğulayıb.

“Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtula bilsələr, o zaman çətin qərarlardan qaça bilərik. Bu sadəlövhlükdür”, – o deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182617

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930