“Moskva, Brüssel və Vaşinqton Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil” – Paşinyan

01.10.2022 - 01:30

“Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazırdı, onlar Qarabağı heç Ermənistanın bir hissəsi kimi də tanımağa hazır deyillər”

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Moskva, Brüssel və Vaşinqtonun Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflərinin olub-olmadığı barədə suala cavab verərkən deyib.

“Hər kəsin öz paketi olduğunu söyləmək olmaz, amma hər kəsin müəyyən bir fikri var. Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa və həqiqət dilində danışıramda, o zaman bunları qeyd etməliyəm – bunu daha əvvəl, hətta müharibədən öncə deməliydim – adı çəkilən heç bir ölkə (Rusiya, Avropa İttifaqı, ABŞ-red.) Qarabağın müstəqilliyini tanımağa hazır deyil və heç biri Qarabağı Ermənistanın bir hissəsi kimi də tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”, – Paşinyan bildirib.

Həmin ölkələrin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımadığı barədə suuala cavab verən Paşinyan deyib ki, onlar beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər.

“Və bu bəyanatlar açıq şəkildə səsləndirilib. Məgər bu təzə xəbərdir?”, – Paşinyan fikrini yekunlaşdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183028

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930