Simonyan: “Biz KTMT-ni deyil, KTMT bizi tərk edir”

24.11.2022 - 17:27

“Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq. Regionu tərk edən KTMT-nin özüdür və bundan narahatıq”.

Cumhuriyyet.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə noyabrın 24-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb.

“Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiklərini soruşmaq gərəkdir. Əgər belədirsə, o zaman bunu yüksək səslə bəyan etmək lazımdır”, – deyə, o əlavə edib.

Simonyanın sözlərinə görə, bu gün KTMT-yə üzv olan Ermənistanın “ərazisində” üçüncü dövlətin, Azərbaycanın qoşunları var.

“Təşkilata üzv ölkələr bununla necə barışa bilirlər, anlamıram”, – deyə, Ermənistan parlamentinin spikeri bildirib.(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185665

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031