“Əliyev bizim hakimiyyətdən fərqli olaraq ağıllı davranır” – Manvelyan

30.11.2022 - 13:17

Rusiya ilə Azərbaycan arasında yeni qaz sazişi Ermənistanı qıcıqlandırır.

Cumhuriyyet.az xəbər verir ki, bu günlərdə dünya mətbuatı Rusiyanın “Qazprom” şirkəti ilə Azərbaycanın SOCAR şirkəti arasında bu il noyabrın 15-də bağlanmış qaz müqaviləsinin siyasi və iqtisadi motivlərini fəal şəkildə müzakirə edir. Ermənilər sövdələşmənin Rusiya-Ukrayna münaqişəsi, Azərbaycanın Aİ-yə qaz tədarükü ilə bağlı vədləri fonunda baş verdiyinə diqqət çəkirlər. Ermənistanı narahat edən digər amil Qarabağda Rusiya sülhməramlılarının fəaliyyət müddəti məsələsinin sual altında olduğu bir vaxtda Rusiya Federasiyasının yeni iqtisadi sənəd imzalamasıdır.

Enerji və təhlükəsizlik üzrə ekspert Armen Manvelyan deyir ki, bu fonda Rusiya-Azərbaycan qaz müqaviləsinin iqtisadi yox, daha çox siyasi tərəfi üstünlük təşkil edir.

“Avropa İttifaqı ölkələrinə qaz ixrac edən Azərbaycanın Rusiyadan qaz alıcısına çevrilməsi paradoksal görünür. Amma burada siyasi komponentlər var. Fakt budur ki, Əliyev bizim hakimiyyətdən fərqli olaraq ağıllı davranır və ölkəsinin enerji dəyərini çox gözəl bilir. Bu gün enerji resurslarına olan tələbatını elə təmin edir və sığortalayır ki, maksimum fayda əldə etsin. AB-dən faydalanır. Bu, siyasi sövdələşmədir. “Qazprom” Azərbaycana cəmi 1 milyon kubmetr qaz tədarük edəcək. Halbuki Aİ-ni Azərbaycanla birləşdirən qaz kəmərinin resursu 16 milyarddır. Avropa İttifaqının qaza tələbatı isə bunun sövdələşmənin dəyərindən 150 dəfə çoxdur”, – deyə Manvelyan bildirib.(konkret.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031