Qubad İbadoğluya elektron qandal taxıldı – FOTO

06.05.2024 - 15:52

Sumqayıt polisi barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun yaşadığı ünvana gələrək onun ayağına elektron qandal taxıb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Qubad İbadoğlunun ayağına elektron qandal taxılması məhkəmənin qərarını əsasında icra edilib. Bu, onun hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verəcək.

Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu il aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Q.İbadoğlu ev dustaqlığına buraxılıb.

Ardınca Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib.

Short URL: https://www.cumhuriyyet.net/?p=200295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930