“Meta” və “X” YAP üzvlərinin profillərini bloklayıb

11.06.2024 - 11:03

Yeni Azərbaycan Partiyası funksionerlərindən bir çoxunun “X” və “Meta” hesabları bağlanıb. “Gununsesi.info”nun xəbərinə görə, buna səbəb kimi YAP fəallarının Yeni Kaledoniyadakı hadisələri qızışdırması göstərilib. Azərbaycanla Fransa arasında gərginlik bu olaydan sonra daha da güclənib. Fransa Daxili İşlər Nazirliyi Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanın rolunun olduğunu bəyan etsə də rəsmi Bakı bunu təkzib edib.
YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Gununsesi.info”ya açıqlamasında bu barədə danışıb: “Bununla bağlı bizim mövqeyimiz ifadə olunub. YAP-ı Fransadakı olaylarda iştirakçı kimi təqdim etmək yersizdir. Hər bir vətəndaşın azad düşüncəsi var. İnsanlar öz düşüncəsini sərbəst ifadə edə bilər. Bizim partiyadan da kimlərsə, bunu edirsə, o demək deyil ki, bu YAP-ın rəsmi təşəbbüsüdür, yaxud da göstərişidir. Bloklanan hesabların sahibləri də sıravi üzvlərdir. Əgər Fransa tərəfinin iddia etdiyi kimi YAP bu prosesdə iştirakçıdırsa, o zaman adıçəkilən sosial şəbəkələr Mərkəzi Aparatın rəhbərliyinin hesablarına məhdudiyyət qoyardı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201238

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031