Hüquq müdafiəçiləri Azərbaycanda ən azı 128 siyasi məhbusun olduğunu deyir

02.09.2018 - 23:02

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup şənbə günü bəyan etdiyi yeni siyahıda 128 siyasi məhbusun olduğunu qeyd edib. İşçi Qrupu təsdiqlədiyini bildirdiyi 128 nəfərlə yanaşı, siyahıda işləri hələ müşahidə edilən və statusu müəyyən olunmayan iki nəfərin də adları çəkildiyini deyib.
Qrup həmçinin vurğulayıb ki, ölkədəki siyasi məhbusların saynını siyahıda qeyd edilən şəxslərdən daha yüksək olmasına böyük ehtimal var. Azərbaycan hökuməti isə ölkədə siyasi məhbusların olduğunu qəbul etmir.
Qrup bildirib ki, Azərbaycanda hazırda həbsdə 9 jurnalist və bloger, 17 siyasi və ictimai fəal, 1 hüquq müdafiəçisi və 68 inanclı fəal var. Yenilənmiş siyahı ilə yanaşı, İşçi Qrupu həmçinin bildirib ki, 2017-ci ilin sonundan etibarən təşkilatla əməkdaşlıq edən bir çox vəkilin vəkillik fəaliyyəti dayandırılıb və nəticədə siyahıdaki məhbusların vəkillərlə təmin etmək çətinləşib.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyun ayının sonunda Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi mandatı yaradaraq bu vəzifəyə İslandiyalı deputat Thorhildur Sunna Evarsdottir-i təyin edib. Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi mandatının bərpa olunmasına əsas səbəblərdən biri, Müstəqil İstintaq Qurumunun (MİQ) AŞPA korrupsiya iddialarına dair apardığı istintaqın nəticəsidir.
MİQ istintaqının nəticələri bu mandatı yerinə yetirən almaniyalı deputat Christoph Strasser-in hesabatının AŞPA məğlubiyyətinə korrupsiyanın təsir etdiyinə güclü şübhələr yaradıb. Bununla bağlı AŞPA Bürosuna müraciət edən AŞPA deputatları bu mandatın bərpa olunmasına nail olublar.
Lakin ötən ay Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Respublikaçı Alternativ (ReAl) partiyasının lideri İlqar Məmmədovun azadlığa buraxılması ilə Azərbaycanın məruzəçinin işini “yüngülləşdirdiyini” iddia edib. Səməd Seyidov, İlqar Məmmədovun azadlığa buraxılması ilə Azərbaycanın AŞPA-dakı problemlərinin “həll” olduğunu deyib. Buna baxmayaraq, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hələ də İlqar Məmmədovun hökmünün icrasına baxmaqdadır. Avropa qurumları isə cənab Məmmədovun azadlığa buraxılmasına dair açıqlamalarında Azərbaycanda digər siyasi məhbusların olduğu qənaətində olduqlarının göstəriblər.
Məsələn, Avropa Şurası Parlament Assambleyasının prezidenti Liliane Maury Pasquier Azərbaycanı “siyasi motivli ittihamlarla həbs edilən” digər şəxsləri də azad etməyə çağırıb.
Human Right Watch beynəlxalq insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya Bölməsinin direktor müavini Giorgi Gogia isə Azərbaycanı “həbs edilmiş onlarla insan haqları müdafiəçiləri, siyasi fəalları və jurnalistləri” azad etməyə çağırıb. Bu ilin əvvəli Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən prezident İlham Əliyev Azərbatcanda bütün fundamental hüquqların təmin olunduğunu deyib.(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122182

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930