Ermənistanın yeni parlamentində müxalifət olmayacaq

10.12.2018 - 12:19

Bazar etəsi səhər saat 7:30-da Ermənistan MSK 2010 seçki məntəqəsinin hamısından 100% bülletenlərə baxılmasını başa çatdırıb.

Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku 70,43% (884456) nəticə ilə qalib gəlib.

İkinci yeri Çiçəklənən Ermənistan Partiyası tutub 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib.

İşıqlı Ermənisan Partiyasının timsalında Paşinyanın müttəfiqləri 6,37% (80024) səslə üçüncü yerdədir.

Digər siyasi qüvvələr Ermənistan Milli Məclisində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.

Beləliklə, 5 il müddətinə seçilmiş yeni parlamentdə ancaq Nikol Paşinyan və onun “məxməri inqilab” üzrə tərəfdarları olacaq, News.am saytı qeyd edib.

Lakin Ermənistan Konstitusiyası 1/3 deputat yerinə zəmanət verir, odur ki, Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyalarının özlərini konstruktiv müxalifət elan edəcəklərini gözləmək olar.

Keçmiş Respublika Partiyası 4,7% (59059) səs ilə dördüncü yeri tutub.

Daşnaksütyun Partiyası da parlamentə düşməyib 3,89% (48811).

“Sasna tsrer” radikalları 1,82% (22862) səs qazanıblar.

Beləliklə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və bu yaxınlara qədər nüfuzlu sayılan qüvvələrin hamısı qapı arxasında qalıb. Yaxın vaxtlarda həmin qüvvələrin birləşərək Paşinyan hökumətinə qarşı vahid blokda çıxış edəcəyini gözləmək olar. /”Turan”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125393

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930