“Qərbdəkilər Azərbaycan polisindən nümunə götürsün”

17.12.2018 - 13:54
“Bizim polislər aksiyalar zamanı etitazçılara qarşı çox səbrli və təmkinli davranırlar. Hesab edirəm ki, Qərb və Avropa dövlətlərinin polisləri gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov Parisdə təşkil olunan kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, Azərbaycan polisi dünyanın ən sivil və humanist davranan polislərindən biridir:
“Əgər dünyada baş verən hadisələrə baxsaq görərik ki, ABŞ-dan tutmuş bütün Avropa ölkələrində qanunsuz keçirilən aksiyalara qarşı çox ciddi tədbirlər görülür. Dünya mediasından da izləyib görürük ki, həmin xarici ölkələrdə ictimai sabitliyin bərqərar edilməsi üçün atlar və itlər, göz yaşardıcı qaz və rezin güllələrdən istifadə olunur. Əfsuslar olsun ki, bunun çox yüngül forması Azərbaycanda tətbiq ediləndə kimlərsə bizə demokratiya dərsi keçməyə çalışır. Halbuki, Azərbaycanda qanunsuz aksiya zamanı saxlanılanlar sivil qaydada avtobuslara əyləşdirilərək polis bölmələrinə aparılır, orada isə onların izahatları alındıqdan sonra sərbəst buraxılırlar”.
Komitə sədri beynəlxalq təşkilatları da Azərbaycana qarşı demokratiya ilə bağlı qərəzli yanaşmaqda günahlandırıb:
“Bu gün Parisdə etiraz aksiyaları zamanı 1000-ə yaxın insan həbs olunub. Onların əksəriyyəti hələ də həbsxanalarda saxlanılır. Hazırda Fransada fövqəladə vəziyyət elan edilib, minə yaxın insan həbs edilib, amma Avropa Şurası və Avropa İttifaqına daxil olan heç bir dövlət baş verənlərlə bağlı hər hansı fikir bildirmir, müzakirə aparmır. Bundan öncə də Hollandiyada türklərə qarşı böyük bir kampaniya başladılmışdı. İtlər və atlarla türklərə hücumlar təşkil edilmişdi.
Həmin vaxt da heç bir beynəlxalq təşkilat səsini çıxartmamışdı. Yəni, Qərbin özünə gələndə demokratiya yada düşmür, amma digər ölkələrdə, o cümlədən Azərbaycanda hər hansı buna bənzər hallar olan kimi dərhal hərəkətə keçirlər, bəyanat verməyə başlayırlar, məsələni Avropa Şurasında müzakirəyə çıxarırlar və sairə.
Yalandan da car çəkirlər ki, ay Azərbaycanda insan haqqları pozulur, insanlara sərbəst toplaşmaq üçün şərait yaradılmır və sairə. Əksinə, bu gün həmin Qərblə müqayisədə Azərbaybaycanda tam şərait yaradılır, başqa qüvvələrin təxribat törətməməsi üçün aksiya keçirmək istəyənlərin təhlükəsizliyi polis tərəfindən qorunur. Bunun da çox sadə yolu var, öncədən xəbərdarlıq etməklə Azərbaycanda istənilən vaxt bu cür tədbirlər keçirtmək mümkündür”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125605

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930