Rüstəm İbrahimbəyov Bakıda: Milli Şuranın fəxri sədrinin qonaqlığına kimlər gəldi?

17.02.2019 - 22:08

Azərbaycanın tanınmış kinodramatur Rüstəm İbrahimbəyov Bakıya gəlib. Axar.az xəbər verir ki, bu barədə ilk xəbəri BakuPost saytının redaktoru Elçin Zahiroğlu yayıb. O, Feysbuk səhifəsində foto paylaşıb və yazıb ki, İbrahimbəyov Bakıdadır.
Professor Qulu Məhərrəmli də bu iddianı təsdiqləyən fotoları bu qeydlə paylaşıb: “Bir Cənub şəhərində (17.09.19) iki tədbir: 1) Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin iclası keçirilir; 2) Dostlar həmin ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd edir…”
Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu, ssenarist Eldəniz Quliyev və başqa tanınmış şəxslər də yer alıb.
Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi. Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.
Belə ki, İbrahimbəyovun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə restoranda özünün 80 illik yubileyini qeyd etməsi sensasiya sayıla bilər. Görünən budur ki, İbrahimbəyov siyasi hakimiyyətlə anlaşaraq, Bakıya dönüb. Bu iddianı restoran fotoları da təsdiq edir. Fəxri sədri olduğu Milli Şuradan onun masasında kiməsə yer verilməyib.
Son günlər Azərbaycan Prezidentinin atdığı addımlar və böyük dəyişimlər cərgəsinə daha birini də əlavə etmək olar…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126847

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930