Ermənistan enerji sistemindəki qəzaya görə İranı günahlandırıb

10.07.2019 - 18:45

Ermənistan baş vermiş enerji qəzasına görə İranı günahlandırıb.

APA-nın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan jurnalistlərə açıqlamasında bildirib ki, hələlik qəzanın baş verməsinin dəqiq səbəbləri bilinir.

Nazir müavinin sözlərinə görə, Ermənistanda qeyd alınmış qəzanın İrandan qaynaqlandığı ehtimal edilir.

“Biz iranlı həmkarlarımızla əlaqə saxladıq. Təsdiq etdilər ki, onlarda da analoji qəza baş verib. Bu qəzanın baş verməsinə səbəb olaraq ən ağlabatan varinatdır Məsələ ilə bağlı, işçi qrup yaradılıb. Səbəblər araşdırılacaq, günahkarlar cəzalandırılacaq” – nazir müavini vurğulayıb.

Qeyd edək ki, Ermənistanın enerji sistemində qəza baş verib. Bu gün səhər saatlarından Yerevanın enerji təchizatında problemlər yaşanır. Şəhərdə telefon və internet fasilələrlə işləyir.

Yerevan metrosunda da problemlər yaranıb. Metropolitenin direktoru Qevorq Avetisyan sərnişinlərin təxliyə olunduğunu bildirib. Artıq 12 min sərnişinin təxliyə olunduğu bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129394

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930