ABŞ Maliyyə Nazirliyi Çini “valyuta manipulyatoru” adlandırdı

06.08.2019 - 14:48

ABŞ Maliyyə Nazirliyi Çini “valyuta ilə manipulyasiya edən ölkə” adlandırıb və bildirib ki, Nazirlik Çinin “ədalətsiz üstünlükləri”ni aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edir.

ABŞ Maliyyə Nazirliyi nümayəndələrinin sözlərinə görə, Çin Xalq Bankı avqustun 5-də bu ölkənin milli valyutasının orta mübadilə məzənnəsini 1 dollar üçün 6,9225 yuan səviyyəsində müəyyən edib. Hərracın gedişində yuanın məzənnəsi son 11 ildə ən aşağı səviyyəyə düşərək 1 dollar üçün 7,0292 yuana bərabər olub. Yuanın məzənnəsinin azalması çinli ixracatçılara dünya bazarlarında qiymət üstünlüyü yaradır və ABŞ-da Çin mallarına qoyulmuş tarif hesabına yaranan ziyanı qismən yumşaldır. ABŞ Prezidenti Donald Tramp bununla əlaqədar hiddətləndiyini bildirərək “Twitter” səhifəsində bunu “valyuta manipulyasiyası” adlandırıb və deyib ki, bu cür hərəkətlər Çini zəiflədəcək.

Qeyd etmək lazımdır ki, ABŞ 1994-cü ildən bəri Çin valyutasını “qara siyahı”ya daxil etməyib. Son hadisələr ABŞ-ın Çinə qarşı daha ciddi sanksiyalar tətbiq etməsinə yol aça bilər.

AzərTAc xatırladır ki, Çin ilə Birləşmiş Ştatlar arasında ticarət müharibəsi 2018-ci ilin baharında başlanıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. “Böyük iyirmilik” ölkələrinin Buenos-Ayresdə keçirilmiş zirvə görüşündə Donald Tramp və Si Cinpin ticarət müharibəsində barışıq barədə razılığa gəlib və yeni ticarət rüsumları tətbiq edilməsini 2019-cu ilin martına qədər təxirə salmağı qərara alıblar, lakin sonrakı danışıqlar uğursuz olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=131728

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930