Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: “Paşinyan özünü təcavüzkar siyasətçi kimi tanıtdı”

07.08.2019 - 13:15

“Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına gələnlər Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salına bilər”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı danışarkən deyib.

T.Gəncəliyev vurğulayıb ki, bu oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir.

O bildirib ki, icmanın Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən “panerməni oyunları” ilə bağlı bəyanatı beynəlxalq təşkilatlara da göndərilib: “Məlum olduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərində 2019-cu il avqustun 5-də qondarma “panerməni oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib. Nikol Paşinyan çıxışında ölkəmizə qarşı işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinmədi. Biz Paşinyanın çıxışını pisləyirik”.

T.Gəncəliyev deyib ki, Paşinyan Ermənistanda hakimiyyətə gələndə özünü demokrat şəxs kimi təqdim edirdi: “Amma artıq o, özünü səsləndirdiyi fikirləri ilə təcavüzkar siyasətçi kimi tanıtdı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=131793

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930