“Qarşısını almağa çalışırdıq” – Yadigar Sadıqlı siyasi mühacir alveri barədə

14.11.2019 - 14:38

de9437e3-27f4-4baa-a07d-e142a016e031“Son iki ildə azsaylı həmfikirlərimlə birlikdə Müsavat Partiyası daxilində apardığım mübarizənin nə qədər ağır olduğunu təsəvvür edə bilməzsiniz. Bu iki ildə baş verənlər mənəvi cəhətdən daha ağır idi”.

Bunu Müsavat Partiyası başqanının sabiq müavini, partiyanın başqan seçkilərində namizəd olan Yadigar Sadıqlı öz facebook statusunda yazıb.

O bldirib ki, illərlə çiyin-çiyinə mübarizə apardığın insanların eyhamına, şərinə, böhtanına, təhqirinə dözmək çox ağır idi.

“Hökumətdən mən şəxsən bu qədər böhtan və təhqir eşitməmişəm. Halbuki özümüz üçün heç nə istəmirdik. Bu gün baş verənləri sadəcə ehtimal edirdik və qarşısını almağa çalışırdıq. Bütün istədiyimiz Müsavat üçün idi, bütün təlaşımız Müsavatın adına, nüfuzuna görə idi. Hər nəyə əlimizi yelləyib sakit dura bilərdik. Amma məzarları Fransadan Sibirə qədər bütün Avrasiya materikinə səpələnən o əski müsavatçıların ruhu qarşısında duyduğumuz məsuliyyət imkan vermirdi. İçimi dağıdırdı o məsuliyyət. Çox təəssüf ki, bacarmadım” – Y.Sadıqlı deyib.

Qeyd edək ki, ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev də var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136482

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930