“Bizim üçün əsas məsələ mandat deyil…” – İsa Qəmbər

13.12.2019 - 13:53

Müsavat Məclisinin üzvü, partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Ednews.net saytına müsahibə verib.

O, 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisindən danışaraq qeyd edib ki, Müsavat Partiyası seçki institutunu xilas etmək, yaşatmaq istəyir: “Məhz buna görə seçkidə iştirak əzmindəyik. Bizim üçün əsas məsələ mandat deyil, xalqın seçdiyi insanların millət vəkili olaraq ölkəmizə, insanlarımıza xidmət etməsidir. Mən Müsavatın namizədlərini tanıyıram və normal seçkidə onların əksəriyyətinin qalib gələ biləcəyinə inanıram. Lakin siyasi sistemin mahiyyətinə bələd olduğumuz üçün deyə bilərəm ki, qalib gəlmiş müsavatçılardan neçəsinin qələbəsinin tanınması hakimiyyətin intellektindən asılıdır”.

İsa Qəmbər əlavə edib ki, Müsavat Partiyasının rəhbərliyi bütün gerçək müxalifət qurumlarına birgə hərəkət təklifi verib: “Bu təklifi əksər qüvvələr qəbul etsə də, tam birlik alınmadı. Hər bir qüvvənin və fərdin müstəqil qərar hüququna hörmətlə yanaşmalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138673

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930