cumhuriyyet.net
Rusiya Xarici İşlər nazirinin müavini Polad Bülbüloğlu ilə görüşüb • Cumhuriyyət
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib.
nesimi