Ermənistan ərazilərimizdə yeni işğal üçün HƏRƏKƏTƏ KEÇDİ – ŞOK PLAN ÜZƏ ÇIXDI

20.09.2020 - 15:22

Ermənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək yönündə fəaliyyətinə daha bir element daxil edib.

Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin “başçısı” bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin “parlamenti” Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq, “simvolik məna daşıyır.

AZSABAH.COM xəbər verir ki, bunu Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin “parlamentinin” Şuşa şəhərinə köçürülməsini şərh edərkən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin bildirib.

Onun sözlərinə görə, son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir.

Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov  və Prezident İlham Əliyev də açıqlamasında düşmənin yeni  hücuma  hazırlaşdığını bəyan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154595

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930