Qarabağda ASALA-PKK tör-töküntüləri… işğalçıları xilas etməyəcək

22.09.2020 - 10:02

Türkiyə-Azərbaycan hərbi ittifaqı Ermənistan yad əraziləri təcili tərk eləməkdən savayı çarə saxlamır; politoloq: “İşğalçı ölkədə müharibənin bitmədiyini yaxşı bilirlər…”

Qarabağa dair sülh danışıqlarının dalandan nə vaxt çıxacağı bəlli deyil. Bu fonda isə müharibə ehtimalı sövq-təbii artmaqdadır. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında hərbi-strateji müttəfiqlik heç vaxt olmadığı qədər yeni keyfiyyət və məzmun qazanmaqdadır. Bu da gözlənildiyi kimi, ən çox işğalçı Ermənistanı rahatsız etməkdədir. Çünki İrəvanda yaxşı fərqindədirlər ki, Türkiyə olan yerdə işğala, terrora, haqsızlığa yer ola bilməz.

 

Bakı-Ankara hərbi ittifaqı şübhə yox ki, atəşkəs rejiminin süni surətdə uzadılmasına əngəl olacaq və çox tezliklə təcavüzkar tərəfi sərt seçim qarşısında qoyacaq: ya o, işğal altındakı əraziləri qeyd-şərtsiz azad eləməyə başlayacaq və bunun qarşılığı olaraq, ağır blokada vəziyyətindən çıxacaq, ya da Ermənistan adlı psevdo-dövlətin varlığına son qoyacaq böyük müharibə qaçılmaz olacaq…

*****

Konflikt ətrafında Türkiyə amilinin də iştirakı ilə baş verən yeni gəlişmələr düşmən ölkədə ən müxtəlif səviyyələrdə müzakirə olunmaqdadır. Məsələn, Ermənistanın eks-prezidenti Robert Köçəryan son vaxtlar Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərdən dolayı ciddi narahatlığını dilə gətirərək deyib ki, Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt indiki qədər hazırlıq, habelə bu hazırlığın belə açıq nümayişi olmayıb.

“Türkiyə Rusiyanı neytrallaşırmağa çalışır. 2016-cı ilin aprel müharibəsi zamanı Rusiyanın müdaxiləsinin çox aktiv olduğunu xatırlayırsınız yəqin ki. Atəşkəsə müdafiə nazirlərinin zəngləri, müdafiə nazirliklərinin vasitəçiliyi ilə nail olunmuşdu. Türkiyə hazırda bölgədə hesablaşmaq məcburiyyətində qalınacaq amilə çevrilmək istəyir. Türkiyə göstərdi ki, onun daha çox müstəqilliyi var. Bu gün o, öz mövcudluğunu çox praktik, cəsarətli, tədrici addımlarla möhkəmləndirməyə çalışır və nümayiş etdirmək istəyir ki, burada heç kim Ankarasız ciddi bir addım ata bilməz”, – deyə Köçəryan vurğulayıb.

*****

Azərbaycan-Türkiyə hərbi ittifaqının gündən-günə güclənməsi işğalçı Ermənistan qədər onun əsas havadarı Rusiyanı da narahat edir. Bir neçə mühüm səbəbdən. Birincisi, Türkiyə amili Moskvanın Qarabağ ixtilafı ilə manipulyasiya edib status-kvonu öz maraqları naminə sonsuzadək uzatmaq imkanlarını daraldacaq. Obrazlı ifadə eləsək, Kremlin “öz ayaqlarını” bundan sonra bölgədə istədiyi şəkildə “uzatmasına” mane olacaq.

Başqa yandan, Azərbaycanın Rusiyaya ənənəvi siyasi-hərbi bağları zəifləmiş olacaq, ölkəmizin Qərbə, NATO-ya doğru addımlamasına zəmin yaradacaq. Gürcüstanın ardınca Azərbaycanın da Rusiya orbitindən uzaqlaşması isə Kreml üçün ən pis yuxulardan biri olardı. Bu məntiqlə, Bakını öz yanında saxlamaq üçün Moskva artıq daha təsirli, Azərbaycanın maraqlarının daha ciddi şəkildə nəzərə alındığı təkliflər haqda düşünməlidir. Həm də vaxt itirmədən.

Azərbaycan-Türkiyə hərbi alyansı, nəhayət, şimal qonşumuzun Ermənistandan regionda maşa kimi yararlanmaq şansını zəiflədəcək. Bütün bunlar isə yekunda Qarabağ konfliktinin həllini qaçılmaz edəcək – istər dinc vasitələrlə olsun, istərsə də hərbi güc yolu ilə.

*****

“Qarabağda vəziyyət dəyişib. Əgər əvvəllər bu, ATƏT-in Minsk Qrupunun himayəsi altında olan və yalnızca Ermənistanla Azərbaycan arasında regional münaqişə kimi qəbul edilirdisə, Azərbaycan Türkiyəni münaqişəyə cəlb eləməklə buraxdığı səhvdən sonra indi o, NATO ilə KTMT arasında potensial toqquşma xarakteri daşıyır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri 1 in.am saytına açıqlamasında rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib. Onun zənnincə, bu gəlişmə o anlama gəlir ki, “Azərbaycanın problemi hərbi yolla həll etmə imkanları azalır və yaxın gələcəkdə danışıqların düzənə düşməsi bir qədər fərqli formatda baş verəcək”.

Lakin rusiyalı politoloq “rəngləri” qarışdırır. Əvvəla, ona görə ki, nə Azərbaycan, nə də NATO üzvü Türkiyə KTMT üzvü Ermənistana hücum eləməyə hazırlaşmır. Bu barədə hər iki ölkənin yüksək çinli rəsmiləri dəfələrlə birmənalı bildiriblər.

İkincisi, Azərbaycan beynəlxalq hüququn subyekti və suveren dövlət olaraq öz təhlükəsizliyini gücləndirmək üçün istənilən başqa ölkə ilə, o cümlədən qardaş Türkiyə ilə hərbi ittifaq qura, alyans təşkil edə bilər. Belə bir ittifaqı torpaqlarımızın 20%-nin on illərdir işğal altında qalması ikiqat zəruri edir. BMT Nizamnaməsi isə üzv ölkələrə işğala qarşı bütün vasitələrlə mübarizə aparmaq haqqı tanıyır. Yeri gəlmişkən, həmin sənədə Ermənistan və onun şəriksiz yiyəsi Rusiya da imza atıb.

Rus NATO-su” Ermənistanı qorumayacaq – Bakıya Qarabağ anonsu

Üçüncüsü, “Rus NATO-su”nun (KTMT) özəyini təşkil edən Rusiya yetkililəri də, KTMT rəhbərliyi də dönə-dönə bəyan ediblər ki, Dağlıq Qarabağ ərazisi bu hərbi-siyasi blokun məsuliyyət zonasına daxil deyil və təşkilat yalnız Ermənistanın təhlükəsizliyinə cavabdehdir. İyul ayında Tovuzla sərhəddə yaşanan hərbi toqquşma zamanı buna bir daha əminlik hasil edildi. Blok rəhbərliyi ənənəni mövqeyi təkrarladı və Azərbaycana qarşı cəbhə açmayacağını bəyan elədi.

Başqa sözlə, Azərbaycan əgər Qarabağda hətta Türkiyə ilə birgə antiterror əməliyyatına başlasa, bunun nə Rusiyaya, nə də KTMT-yə heç bir dəxli ola bilməz və olmayacaq. Hərçənd Türkiyənin hərbi dəstəyinə lüzum yoxdur. Azərbaycan Ordusu təkbaşına da işğalçıların cavabını verə bilər. Yetər ki, şimal qonşumuz Dağlıq Qarabağ məsələsində öz neytrallığını saxlasın.

İş də ondadır ki, Türkiyənin Azərbaycanda, o cümlədən anklav Naxçıvanda Qars Müqaviləsindən irəli gələn öhdəlikləri çərçivəsində hərbi cəhətcə günü-gündən möhkəmlənməsi müharibə variantında Rusiyanı işğalçı Ermənistana açıq və birbaşa hərbi dəstək verməkdən çəkindirəcək. Odur ki, Stanislav Tarasov erməniləri nə qədər qorxudur qorxutsun. Rusiya onlara – ermənilərə görə nə Türkiyə ilə üz üzə gələndir, nə də NATO ilə.

*****

Türkiyə və Azərbaycan əleyhinə erməni-PKK ittifaqı - “İZLƏR” YENƏ MOSKVAYA  APARIR » www.STIMULXEBER.az

Bu arada Ermənistanın işğal altındakı ərazilərdə Yaxın Şərqdən terrorçu ASALA və PKK-çıları yerləşdirmək planlarını işə saldığı barədə xəbərlər gəlməkdədir. Eyni zamanda düşmən ölkədə könüllü birləşmələrin, hətta qadın batalyonlarının yaradılması yönündə səylər edilir. Nizami Azərbaycan Ordusunun üstün hərbi gücü önündə acizliyini yaxşı dərk edən işğalçı tərəf beləcə hərbi balansı təmin eləməyə çalışır. Amma əbəs yerə. Çünki bu, mümkün deyil. Həm də Türkiyə faktoruna görə.

“Türkiyə öz daxilində, Suriyada, İraqda PKK terrorçularına qarşı apardığı antiterror əməliyyatlarını işğal altındakı Dağlıq Qarabağda da aparmalıdır. Çünki Ermənistan bu gün PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirərək təşkilatın yenidən öz gücünü bərpa edib Türkiyəyə qarşı aktivləşməsini istəyir”.

Qabil Hüseynli: “Siyasi Büronun bütün məxfi stenoqramlarını oxuyurdum” -  BRİFİNQ

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli deyib. O Ermənistanın PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirməsinin yeni xəbər olmadığını söyləyib: “Ermənistan regionda yalnız işğalçılıq siyasəti aparmır, eyni zamanda terrorizmə dəstək verir. Əslinə qalsa, Ermənistan və PKK terror təşkilatını bir-birinə bağlayan tarixi proses var. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətrafında 1921-də Kürdüstan qəzası qurulması təşəbbüsü vardı. Kürdüstan Uyezdi adı ilə bilinən bu qəzanın 1923-də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi S.Kirovun təklifi əsasında qurulması istənilirdi. Qaraqışlaq, Kəlbəcər, Qubadlı, Qoturlu, Kürdhacı və Muradxanlı olmaqla, 6 nahiyədən ibarət olacaq qəzanın mərkəzi olaraq isə Laçın seçilmişdi. Birinci Qarabağ müharibəsi zamanı Türkiyədən, İraqdan, Suriyadan Ermənistana dəstək üçün gələn PKK terrorçuları yenə bu istəklə Dağlıq Qarabağdadır. Yəni Ermənistanın bu gün zəifləyən PKK terror təşkilatını işğal altındakı torpaqlara yerləşdirməsi təəccüb doğurmamalıdır”.

Politoloqun sözlərinə görə, bu gün Ermənistanın PKK-ya, PKK-nın da Ermənistana ehtiyacı var: “Türkiyə PKK terror təşkilatına qarşı apardığı əməliyyatlarla onu ciddi itkilərə məruz qoyub. PKK-nın Suriya və İraqda zəifləməsinin ardından öz gücünü bərpa etməsi üçün daha təhlükəsiz və Türkiyədən uzaq bir yerə ehtiyacı var. PKK-nın bu ehtiyacı isə Ermənistan üçün göydəndüşmə bir fürsət deməkdir. Çünki Ermənistan ağır demoqrafik probleminə yekun bir həll tapa bilmir. Ermənistandan heç kim Dağlıq Qarabağda yerləşmək istəmir. Çünki Ermənistan vətəndaşları Dağlıq Qarabağ ətrafında hər an müharibənin başlanması ehtimalını dərk edir və həyatlarını riskə atmaq istəmirlər. Bu mənada Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda yaşanan demoqrafik problemi aradan qaldırmaq üçün PKK terrorçularını kütləvi şəkildə bu ərazilərə köçürür”.

Politoloq həmçinin deyib ki, İrəvan PKK terrorçularından həm Türkiyə, həm də Azərbaycana qarşı istifadə etmək istəyir. “Bu gün Ermənistanın nə Azərbaycan, nə də Türkiyə ilə açıq mübarizə edəcək cəsarəti var. Bu mənada rəsmi İrəvan Yaxın Şərqdə Türkiyənin keçirdiyi antiterror əməliyyatları nəticəsində pərən-pərən düşən PKK terrorçularından istifadə edir. İrəvan bu yolla həm ordusundakı canlı qüvvə əskikliyini aradan qaldırır, həm də Türkiyənin başını ağrıdan bu təşkilatın yenidən öz gücünü bərpa etməsinə çalışır. PKK-nın Dağlıq Qarabağda yenidən dirilməsi, gücünü bərpa etməsi həm Azərbaycan, həm də Türkiyə üçün ciddi problem ola bilər. Bu mənada Türkiyənin Azərbaycanla birlikdə Dağlıq Qarabağda həm erməni ordusuna, həm də PKK terror təşkilatına qarşı hərbi əməliyyat keçirməsi zəruridir”, – deyə politoloq əlavə edib.

*****

İşğalçı ordusuna çağırışçı güclə tapan Ermənistanın Qarabağa terrorçu-PKK tör-töküntülərinin köçünü təşkil eləməsi anlaşılandır. Lakin bu, işğalçıları xilas etməyəcək. Getdikcə güclənən Türkiyə-Azərbaycan hərbi ittifaqı İrəvana sülhə gəlməkdən və yad əraziləri təcili tərk eləməkdən savayı çarə saxlamır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154689

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930