Doktor Fauçi: “Aprel ayına qədər COVID-19-a qarşı bütün amerikalılar üçün kifayət qədər vaksin olacaq”

24.09.2020 - 15:47

İnfeksion xəstəliklər üzrə aparıcı amerikalı ekspert doktor Entoni Fauçi sentyabrın 23-də Konqresdə dinləmələrdə çıxış edib. Doktor Fauçi bildirib ki, onun fikrincə, gələn il aprel ayına qədər bütün amerikalıların immunlaşdırma prosesindən keçməsi üçün koronavirus əleyhinə kifayət qədər vaksin dozası olacaq.

AZƏRTAC xəbər verir ki, doktor Fauçinin proqnozu bundan əvvəl tərtib olunmuş, keçən həftə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru doktor Robert Redfild tərəfindən Konqresə təqdim edilmiş qrafikə uyğundur.

Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi deyib ki, COVID-19-a qarşı effektiv vaksin oktyabrın sonunda və ya noyabrın əvvəlində əlçatan olacaq.

Senatın maliyyə təxsisatları üzrə yardımçı komissiyası qarşısında çıxış edən Fauçi deyib: “Ehtimal ki, noyabr ayında təxminən 50 milyon doza olacaq. Dekabr ayına qədər daha 100 milyondan çox doza gözlənilir. Yanvar və fevral aylarında da bu proses davam edəcək. Aprelə qədər toplam 700 milyon dozaya yaxın vaksinimiz olacaq”.

ABŞ əhalisinin sayı 328 milyona yaxındır. Fauçi deyib ki, alimlər vaksinin təhlükəsiz və effektiv olub-olmadığını noyabr və ya dekabr ayına qədər aydınlaşdıra biləcəklər. Qida məhsullarına və dərmanlara nəzarət idarəsinin nümayəndəsi doktor Stiven Xan isə bildirib ki, onun agentliyi vaksinin təsdiq edilməsi prosesində tələsməyəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154830

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930