Erməni lobbisinin Azərbaycanın haqlı mövqeyinin ərəb dünyasının nüfuzlu KİV-lərində işıqlandırılmasına mane olmaq cəhdi iflasa uğradı

02.11.2020 - 15:13

Azərbaycanın haqlı mövqeyi, Ermənistanın işğalçılıq siyasəti erməni lobbisinin güclü təsir imkanlarına malik olduğu ərəb dünyasının ən nüfuzlu KİV-lərində də işıqlandırılıb. Erməni lobbisinin ciddi maneə yaratmasına rəğmən Milli Məclisin deputatı Könül Nurullayevanın  “Azərbaycan regionda dayanıqlı sülhü bərpa etməyə çalışır” başlıqlı məqaləsi Misirin nüfuzlu  “Nile Nyus”, “Əl-Vəsilə”, “Dmc Nyus” xəbər portalları və Birləşmiş Ərəb Əmirliklərinin məşhur “Saadaonlaine” portalında dərc olunub.

Xatırladaq ki, məqalədə münaqişənin tarixindən, Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olmasına, ermənilərin bu ərazilərə məhz Kürəkçay razılaşmasından sonra köçürülməsinə dair əsaslı faktlar yer alıb. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğal siyasəti, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 30 ilə yaxındır, davam edən nəticəsiz danışıqlar, həmçinin sentyabrın 27-də başlayan hərbi əməliyyatların əsas səbəbinə toxunulub: “27 sentyabrda başlayan hərbi əməliyyatlara qədər tərəflər arasında çoxsaylı görüşlər baş tutub. Tərəfləri danışıqlar masasına gətirmək cəhdləri fərqli səviyyələrdə edilib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə müxtəlif ölkələrdə baş tutan görüşlər ərəfəsində Ermənistan cəbhə xəttində təxribatlar törədərək danışıqlar prosesini pozmaqla münaqişə bölgəsində “status-kvo”nun möhkəmlənməsinə can atıb. 2016 cı ilin aprelində baş verən 4 günlük  döyüşlər və 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hərbi əməliyyatlar da erməni təxribatlarına cavab xarakteri daşıyıb. Elə sentyabrın 27-də də hərbi əməliyyatlar məhz Ermənistanın cəbhədə törətdiyi təxribatlara cavab idi və Azərbaycan öz suveren hüququndan istifadə edərək əks-hücum əməliyyatına başladı. Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad etməklə Ermənistanın destruktiv, beynəlxalq birliyin isə ikili standartlar siyasəti ucbatından icra olunmayan BMT Təlükəsizlik Şurasının  822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını həyata keçirir. Bu müddətdə Ermənistan üçüncü tərəfi münaqişəyə cəlb etməyə, münaqişənin coğrafiyasını genişləndirməyə cəhd etsə də, xüsusilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi ala bilmədi. KTMT-yə üzv dövlətlər “döyüş Ermənistan ərazisində aparılmır” söyləməklə Azərbaycanın haqq işinə dəstək vermiş oldular. Ermənistanınguya Azərbaycanın hərbi əməliyyatlara muzdlu döyüşçüləri cəlb etməsinə dair iddialarının da heç bir əsası yoxdur.  Çünki Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır”.

45bf2d79-0a57-434c-8ff3-7f7287883fdd.jpg (90 KB)

K.Nurullayeva qeyd edib ki, hərbi əməliyyatlar zamanı tərəflər arasında 3 dəfə humanitar atəşkəs barədə razılıq əldə olunsa da Ermənistan münaqişə bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncə, Bərdə şəhərlərində mülki insanlara qarşı qadağan olunmuş silahlarla qətlə yetirdi: “Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki infrastrukturunu raket atəşinə tutması, dinc insanları qadağan olunmuş silahlarla qətlə yetirməsi müharibə cinayətləridir və beynəlxalq humanitar hüquqa, xüsusən də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarına ziddir. Ermənistan bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcək”.

Məqalədə vurğulanır ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır və əsas məqsəd regionda dayanıqlı sülhü təmin etməkdir. Hərbi əməliyyatların dayanması isə Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılıdır.  Bunun üçün qarşı tərəf BMT TŞ məlum qətnamələrinə uyğun olaraq,  işğal olunmuş ərazilərdən çıxmaqla bağlı Azərbaycana  vaxt cədvəli verməlidir. Ermənistanın siyasi rəhbərliyi ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgə yaşayışa razılıq verməli və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdır. Azərbaycan rəhbərliyi bəyan edib ki, Dağlıq Qarabağda yaşayan dinc insanlar Azərbaycanın erməni mənşəli vətəndaşlarıdır. Əsrlər boyu çoxmillətli və multikultural  ölkə olan Azərbaycan öz ərazisində məskunlaşan digər etnik vətəndaşlara olduğu kimi erməni əsilli vətəndaşlara da eyni  münasibəti sərgiləməkdə davam edəcək. Necə ki, Azərbaycanda uzun illərdir on minlərlə erməni sülh və təhlükəsizlik şəraitində yaşayışını davam etdirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156817

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031