Karen Şahnazarov: İlham Əliyev bütün Cənubi Qafqazın lideridir!

19.11.2020 - 10:57

“Hazırda Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet məkanında 30 il ərzində Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrilib”.

Virtualaz.org bildirir ki, bunu erməni əsilli rusiyalı məşhur rejissor, Rusiyanın xalq artisti, “Mosfilm”in baş direktoru Karen Şahnazarov “Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində deyib.

O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin güclənməsi Prezident İlham Əliyevin bütün regionun siyasi lideri olmağa iddia etməsinə imkan verir. Karen Şahnazarovun fərz etdiyi kimi, bu məqsədə çatmaq üçün onun həm pulu, həm resursları, həm də indi hərbi imkanları var.

“O, yaxşı bir məktəbə sahib olan görkəmli, ağıllı siyasətçidir və bu, qeyd-şərtsizdir. Bu halda ona qarşı kimin nə sözü ola bilər ki? Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün bu regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, Cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”, – rejissor vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157454

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930