“Xankəndindəki ermənilərin Azərbaycan pasportu ilə yaşamaqdan başqa çarəsi yoxdur”- Novella Cəfəroğlu

26.11.2020 - 11:07

Azərbaycan cəmiyyətində Qarabağda qalan ermənilərin müqəddəratının necə olacağı, onlara hansı yaşam statusu veriləcəyi haqda suallar hələ də səngimək bilmir.

İnsanları dərindən düşündürür və maraqlandırır ki, ermənilər status olmadan Qarabağda necə yaşayacaqlar?

“Yeni Müsavat” bildirir ki, cəmiyyətdəki sorğu-suallar daha çox Xankəndi, Xocalı, Əsgəran və Xocavəndin bir hissəsində yaşayan ermənilərlə bağlı köklənib.

Qeyd edilən şəhərlərimizdə erməni əhalisi yaşayır və həmin ərazilərdə Rusiya sülhməramlıları keşik çəkir.

Bəzi rus media orqanları şayiə xarakterli məlumatlar sızdırırlar ki, guya onlara Rusiya pasportu paylanacaq. Eynilə Abxaziya və Cənubi Osetiyadakı prosesin təkrar olunacağı iddialarını irəli sürürlər.

Lakin həmin ərazilərdən fərqli olaraq, Xankəndi, Əsgəran, Xocalı Rusiya ilə həmsərhəd deyil və hansısa status, vətəndaşlıq müzakirə mövzusu ola bilməz.

Əvvəlcədən bəyan edilib ki, Dağlıq Qarabağda qalmaq istəyən erməni əhalisi Azərbaycan vətəndaşı kimi, bizim qanunlarla yaşayacaqlar.

Onlara hər hansı muxtariyyət, status verilməsi nəzərdə tutulmur və bu ölkədəki digər millətlər kimi Azərbaycan vətəndaşı olaraq yaşa bilərlər.

Sadəcə, bu məsələlərə detallı aydınlıq gətirilməyib, hələ də oradakı əhalinin aqibəti haqda müfəssəl fikirlər söylənilmir, problemin texniki və hüquqi aspektdən həlli barədə açıqlamalar məhduddur.

Biz yalnız Yevlax-Xankəndi, Bakı-Xankəndi dəmiryol xəttinin bərpa olunacağı haqda xəbərlər oxuyuruq ki, bu da müəyyən rəy formalaşdırır.

Ümumiyyətlə, ermənilər bu şəraitdə yaşaya biləcəklərmi? Xankəndi hansı formada idarə oluna bilər? Oradakı vətəndaşımız olan ermənilər Bakıya qayıtmaq istəsə, bu məsələlər necə tənzimlənəcək?

Azərbaycanda ermənilərdən çox ruslar, talışlar və digər millətlər yaşayırlar, bütün insanlar bu ölkənin vətəndaşıdır, eyni hüquqlara sahibdirlər.

Ona görə də Xankəndində və başqa yerlərdə qalacaq ermənilərə Azərbaycan vətəndaşlığından ali status verilməsi olmayacaq.

Neçə illərdir xəstə ideyanın, yalançı “dövlət quruculuğunun” girovuna çevrilmiş ermənilərə bundan yaxşı nə status ola bilər ki?

Ümumiyyətlə, bu mövzu sosial mediada daha çox müzakirə edilir. Hətta bəzi azərbaycanlılar gələcəklə bağlı son dərəcə pessimistdirlər.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, bu gün gündəlikdə duran üç məsələ var.

Deputatın sözlərinə görə, ilk növbədə vacib olan Laçının da azad edilməsi, Ermənistanla sərhədin bərpa olunması, məcburi köçkünlərin dədə-baba torpağına qaytarılması və Naxçıvanla quru kommunikasiyanın qurulmasıdır.

Aydın Mirzəzadə: “Ərdoğan Azərbaycan cəmiyyətində özünə rəğbət yarada bilib”

Aydın Mirzəzadə: “Bu məsələlər mütləq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll ediləcək”

A.Mirzəzadə hesab edir ki, bu işlər uğurla həyata keçirilir: “Bundan əlavə, Azərbaycanın apardığı siyasət nəticəsində dünyanın aparıcı ölkələri, o cümlədən üçtərəfli bəyanatın imzalanmasında mühüm rolu olan Rusiya lideri tərəfindən Qarabağın və ətraf rayonların Azərbaycana aid olduğu etirafı dəfələrlə səsləndirilib. Ona görə digər məsələlər zamanında həll ediləcək”.

Deputat qeyd etdi ki, bu həlledilmə prosesi Azərbaycanın xeyrinə yekunlaşacaq: “Mütləq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü,  millətindən asılı olmayaraq burada yaşana bütün vətəndaşların hüquqlarının və təhlükəsizliyinin qorunması çərçivəsində həll ediləcək”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, bu məsələlərin həllinə vaxt lazımdır. Onun fikrincə, Xankəndindəki ermənilərə hansısa status veriləcəyindən söhbət gedə bilməz.

“Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, Xankəndi, Xocalı, Xocavənd və digər ərazilər bizim torpaqlarımızdır. Prezident dedi ki, status olmayacaq.   Sadəcə, onlar bir müddət bu şəkildə yaşayacaqlar. Azərbaycan oranın infrastruktur, kommunal işlərini öz üzərinə götürməlidir. Hələlik Rusiyadan gələn yardımları sülhməramlılar paylayır.

Bu, Azərbaycan üçün böyük nailiyyətdir -

Novella Cəfəroğlu: “Biz çalışmalıyıq ki, Xankəndində qalan ermənilər vətəndaşımız olsunlar, Ermənistandan asılı olmasınlar”

Ancaq biz nail olmalıyıq ki, onlar bizim vətəndaş kimi yaşasınlar. Biz ilk növbədə türklərlə rusların monitorinqinin necə aparılacağını gözləməliyik”, – deyə N.Cəfəroğlu qeyd etdi.

Hüquq müdafiəçisi bildirdi ki, azad edilən ərazilərin çoxu minalanıb: “Hələ ki bizim köçkünlər də ora qayıtmayıblar. Bu işlərə vaxt lazımdır.

İnsanların qayıdışı həll olduqdan sonra növbəti mərhələdə birgəyaşayış haqda danışmaq olar. Biz çalışmalıyıq ki, Xankəndində qalan ermənilər vətəndaşımız olsunlar, Ermənistandan asılı olmasınlar.

Onlar həyasız millətdirlər. Nə şəraitdə desən qalacaqlar. Onların getməyə yerləri də yoxdur. Biz istəsək də, istəməsək də, dünyanın müsəlman ölkələrinə münasibətini görürük.

Ona görə Qərb dünyasına göstərməliyik ki, ermənilərə hansı səviyyədə münasibət var. Onların Azərbaycan pasportu ilə yaşamaqdan başqa çarəsi yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu açıqlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157763

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930