Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb: bəs Fuad Əliyev hardadır? FOTO

28.11.2020 - 10:13

Noyabrın 26-da Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici İşlər Naziri Fransua-Filip Şampeyn ilə görüşüblər. Musavat.com xəbər verir ki, görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.

Görüşün əsas məqsədi sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycan qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə Kanadalı azərbaycanlıların fikirlərini Xarici işlər nazirinə çatdırmaq olub. Görüş zamanı bildirilib ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın sözügedən münaqişəyə dair mövqeyini yaxından izləyir. Kanada vətəndaşları olaraq bu ölkənin siyasətinin formalaşmasında azərbaycanlıların da fikirlərinin eşidilməsi Kanadanın xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edir.

Nazir Şampeyn deyilən fikirləri diqqətlə dinləyib, baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandırıb. O deyib ki, müharibə başlayan ilk gündən etibarən hərbi əməliyyatların dayandırlması üçün bütün gücü ilə səy göstərib. O, eyni zamanda, Kanadalı azərbaycanlıların sözügedən münaqişə barədə fikirlərinə hörmətlə yanaşdığını və bu görüşün onun üçün məlumat əldə etmək baxımından çox faydalı olduğunu da söyləyib.

Görüşdə KAŞ-ın Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montreal-dan olan üzvləri iştirak ediblər.

Görüş iştirakçıları arasında əslən işğaldan yeni azad edilmiş Fizuli və Şuşadan olan KAŞ üzvlərinin olması da nazirin diqqətinə çatdırılıb. Bundan əlavə işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilib.

Qeyd edək ki, KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olmuş və intensiv görüşlər keçirib.

Musavat.com arayış üçün onu da bildirir ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadada yaşayan azərbaycanlıların bu ölkənin cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılıb. Onun fəaliyyətinin bir fraqmeti ilə Musavat.com platforması vasitəsi ilə oxucularımız da tanış oldular.

Lakin bu məqamda ortaya maraqlı bir sual çıxır: Azərbaycanın Kanadadakı rəsmi şəxsi haradadır? O niyə bu proseslərdə yoxdur, olmadı, indi də görünmür? Söhbət Azərbaycanın Kanadadakı Müvəqqəti İşlər Vəkili Fuad Əliyevdən gedir.

”G7”-lərdən biri olaraq və başqa göstəricilərə görə Kanada strateji bir ölkədir. Həm də burada erməni lobbisinin təsirləri kifayət qədər güclüdür. Bu baxımdan, Kanada həm də diplomatik mübarizə müstəvisidir. Lakin təəssüf ki, Azərbaycanın bu mübarizəsində onun Kanadadakı diplomatı Fuad Əliyev yoxdur. Onun işi deyəsən yalnız hər ay dövlətimizin büdcəsindən yüksək maaş alaraq, rahat həyatını sürdürməkdən ibarətdir. Kanadada yaşayan azərbaycanlılar çox fəaldır, müxtəlif icmalar ana vətənləri üçün əllərindən gələni edirlər. Bunlara küçə yürüşlərini, mitinq və qapalı aksiyaları, əlamətdar günlərlə bağlı tədbirləri də əlavə etmək olar. Kanadada fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi (Azerbaijani Women’s Support Centre) Vətən Müharibəsində həlak olan Şəhid ailələrinə yardımlar, təqaüdlər belə təşkil edir. Lakin bu proseslərin heç birində Azərbaycanın Müvəqqəti İşlər Vəkilliyi yoxdur.

Görünür, Azərbaycan dövləti və yeni nazir XİN sistemindəki islahatları daha dərinləşdirməli və sürətləndirməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157796

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930