Paşinyanı bu adamla əvəz etmək planı

02.12.2020 - 10:23

Ermənistanın baş nazirinin Moskvaya səfərinin baş tutmaması barədə yeni iddialar…

Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 30-da Rusiya paytaxtı Moskvaya səfərinin nəzərdə tutulduğu öncədən elan edilsə də, məlum olub ki, səfər baş tutmayıb. Bildirilib ki, səfərin ləğv olunmasının səbəbi Nikol Paşinyanın Rusiya rəhbərliyi ilə yüksək səviyyəli görüş imkanı əldə edə bilməməsi ilə bağlıdır.

Siyasi təhlilçilər hesab edir ki, Paşinyanın Rusiya səfərinin baş tutmaması böyük ehtimalla Vladimir Putinin onunla görüşmək istəməməsi ilə əlaqədardır.

Rusiyaya səfər edib Putinlə görüşə bilməmək Paşinyan üçün ciddi uğursuzluq olacaqdı və bu hadisə Ermənistanda ona qarşı olan qüvvələri daha da ruhlandıracaqdı. Görünür, baş nazir bunu nəzərə alıb və Moskvaya getməyib.

O da istisna deyil ki, Putin Paşinyanla görüşmək istəmədiyini nümayiş etdirməklə “səni qəbul etmirik, artıq getməyin vaxtı çatıb” mesajını verib.

Armenia's National Security Chief Resigns | Asbarez.com

Təsadüfi deyil ki, Kremlin Paşinyandan imtina etməsi, onun yerinə başqa namizəd axtarışında olduğu, hətta tapdığı haqda iddiaları da meydana gəlib. Hakimiyyəti Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana ötürməklə bağlı gizli danışıqlar barədə məlumatlar yayılıb. Anti-Paşinyan hərəkatının təşkilatçılarından biri olan Vanetsyan onun üçtərəfli bəyanata imza atmasını “satqınlıq” hesab edir, buna baxmayaraq, onun bütün bəndlərinin yerinə yetirilməsini zəruri hesab edir. Ekspertlərin fikrincə, Kremlə bu mənada Vanetsyan sərf edir.

Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov

Politoloq Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın Rusiyaya səfərinin reallaşmaması böyük ehtimalla Moskvanın sonda mənfi cavab verməsi ilə əlaqədar olub. Çünki Nikol Paşinyan Rusiya ilə bağlı yenə qırmızı xətti keçib. Belə ki, onun ətrafında olan hökumətə işləyən trol qruplar, KİV-lər Rusiyaya qarşı ciddi şəkildə təbliğata başlayıblar. İkincisi isə Ermənistan daxilində baş verənlər göstərir ki, Paşinyan tezliklə hakimiyyətdən gedə bilər və ona görə də Vladimir Putinin Paşinyana vaxt ayırması, onu qəbul etməsi onun hakimiyyətini möhkəmləndirərdi. Bunu isə görünür, Moskva istəmir. İndiyə qədər Rusiyanın Paşinyanla bağlı səbir nümayiş etdirməsinin əsas səbəbi dekabrın 1-nə kimi Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə əlaqədar idi. Hazırda bu rayonlar Azərbaycana qaytarılıb və bundan sonra əsas məsələlərdən biri qarşıdakı dövrdə Rusiyaya yaxın olan şəxsin Ermənistanda hakimiyyətə gətirilməsi olacaq”.

Politoloq qeyd etdi ki, müvəqqəti hökumət qurula bilər və bundan sonra seçkilər keçirilməsi ehtimalı böyükdür: “Müvəqqəti hökumətə o şəxs başçılıq edə bilər ki, Ermənistan cəmiyyətində kifayət qədər ciddi imicə malik olsun, yaxud da seçkidə komandası iştirak etməyəcək. Ya keçmiş prezident Levon Ter-Petrosyan, ya hazırkı prezident Armen Sərkisyan müvəqqəti hökumətə başçılıq edərək seçkiləri keçirə bilər. Amma seçkilərdən sonra Ermənistanın yeni baş nazirinin seçilməsində hazırda bir neçə namizədin adı daha çox çəkilir. Onlardan biri də Ermənistanın Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyandır. Artur Vanetsyan Rusiyada FTB Məktəbində oxuyub və Moskvaya yaxın şəxsdir”.

Paşinyan Rusiya ilə oyun oynayır” - politoloq

Politoloq Məhəmməd Əsədullazdə isə hesab edir ki, Rusiya və Ermənistan arasında mövcud əlaqələr bir müddət davam edəcək. Lakin Putin Qarabağla bağlı durumu stabilləşdirəndən sonra Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq: “Paşinyanın apardığı siyasət Rusiyanı qane etmir və onun hakimiyyətdə olması Moskvanın geosiyasi maraqlarını təhdid edir. Amma Ermənistan əhalisi ölkədə növbəti rusiyayönlü bir sistemin qurulmasında maraqlı deyil. Rusiyanın Ermənistanda məhz indi siyasi hakimiyyəti dəyişməsi gərginliyə gətirib çıxarar. Ona görə də, məncə, Moskvanın Paşinyanı dəyişmək planı hələ bir müddət reallaşmayacaq. Lakin bu o demək deyil ki, plan təxirə salınacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157913

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930