İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir: 4 partiya sədri ilə görüş keçirilib

05.12.2020 - 17:10

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam etdirilir.

Musavat.com xəbər verir ki, bu səpkidə növbəti görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 2-də Milli Məclisin deputatları – Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, həmçinin Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ilə keçirilib.

Görüşlərdə Vətən Müharibəsində əldə olunmuş böyük qələbə, ordumuzun şücaəti, Azərbaycanın keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVİD-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti, “Siyasi partiyalar haqqında” Qanunun yeni layihəsi və bir sıra digər önəmli mövzular müzakirə edilib.

Vətən Müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu əslində dünyaya yeni hərbi strategiyanı nümayiş etdirib. Vurğulanıb ki, Azərbaycanın sözügedən təcrübəsi bir çox ölkələr tərəfindən öyrəniləcəkdir. Belə ki, cəmi 44 gün davam edən müharibə əslində fərqli hərbi strategiyaların savaşı idi. Görüş zamanı xüsusi olaraq vurğulanıb ki, müharibədən sonrakı dövrdə aparılacaq sərt informasiya müharibəsində də siyasi həmrəyliyin nümayiş olunması olduqca vacibdir. Odur ki, siyasi partiyaların birliyi və qarşılıqlı dəstək mühitin qorunması strateji vəzifədir.

1596200039_untitled-1.jpg (60 KB)

Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib: “Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”.
Cənab Prezidentin bu sözlərini əslində ölkəmizi mahiyyət və keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxartdığını vurğulayan Ə.Vəliyev, Azərbaycan cəmiyyətinin bundan sonra da aparılacaq islahatlara hazır olmasının vacibliyini bildirmişdir.

“Vətən Müharibəsində əldə olunmuş qələbə eyni zamanda Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir. Odur ki, sözün əsl mənasında Azərbaycanı yaxın gələcəkdə böyük quruluş işləri gözləyir” – fikirləri səsləndirən Administrasiya rəsmisi, sözügedən istiqamətdə də əməkdaşlığın önəmliyini bildirib.

Adıçəkilən görüşlər əsnasında qələbənin eyni zamanda şəhidlərin qanı hesabına əldə olunduğunu qeyd edən Ə.Vəliyev, vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu kimi faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir. Bunu əsas tutaraq təşkil olunmuş bütün görüşlərdə şəhid olmuş vətən övladlarına Allahdan rəhmət dilənmiş, ailələrinə və yaxınlarına səbir söylənilib, yaralılara isə Allahdan şəfa istənilib.

Ölkədə başlamış islahatların effektivliyi mütləq olaraq müvafiq qanunvericilik bazası ilə dəstəklənməlidir. Bu mənada Milli Məclisin rolunu vurğulayan Ə.Vəliyev, islahatların ruhuna və demokratik dəyərlərin inkişafına dəstək olacaq yeni qanun layihələrinə böyük ehtiyac olduğunu bildirib. Odur ki, çeviklik, müasirlik və innovativlik kimi keyfiyyətlər müasir Milli Məclisin əsas xüsusiyyətlərinə çevrilməlidir.

Qeyd etdiyimiz kimi, görüşlərdə bütün dünyanı narahat edən COVİD-19 pandemiyası və müşahidə olunan tendensiyalar da müzakirə edilib. Ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında qəbul edilmiş qərarlar nəticəsində koronavirusa yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanılıb. Bundan əlavə, dövlət başçısının göstərişi ilə yeni modul tipli xəstəxanaların, həmçinin tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı ilə məşğul olan müəssisənin tikintisi, zəruri tibbi avadanlıqların ölkəmizə gətirilməsi, xaricdən həkim-mütəxəssislərin ölkəmizə dəvət edilməsi pandemiya ilə mübarizəyə müsbət təsir göstərib.

WhatsApp Image 2020-12-03 at 13.56.33.jpeg (106 KB)

Görüşlər zamanı siyasi partiyaların fəaliyyəti haqqında fikir mübadiləsi də aparılıb. Siyasi partiyaların fəallığı Azərbaycanda vətəndaş cəmiyyətinin əsaslarının inkişafı üçün zəmin yaradır, bu səbəbdən də dövlət tərəfindən siyasi partiyalara ayrılan diqqət məhz demokratiyanın inkişafına yönəlmiş sərmayə kimi dəyərləndirilməlidir.

Xüsusi olaraq bildirməliyik ki, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Arzuxan Əlizadə və Yunus Oğuz dövlət başçısı İlham Əliyevin Azərbaycanda “Zəfər Günü”, “Anım Günü”, həmçinin Vətən Müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması ilə bağlı qərarlarını yüksək qiymətləndirib və sözügedən addımların ölkəmizdə milli birliyin inkişafında əvəzolunmaz töhfə olacağına dair öz əminliyini qeyd ediblər.
Görüşə görə öz təşəkkürlərini bildirən siyasilər dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafında hər zaman dəstək olacaqlarını bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158058

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930