MİT İranın Türkiyədəki kəşfiyyat şəbəkəsinə zərbə endirib

14.12.2020 - 15:55

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İran kəşfiyyatına işləyən məşhur narkotik qaçaqmalçısı Naci Şərifi Zindaşti ilə əlaqəsi olan 11 nəfəri yaxalayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

MİT əldə etdiyi kəşfiyyat məlumatları əsasında müxalifətçi Həbib Çaabın İrana qaçırılmasında Zindaştinin əli olduğunu müəyyənləşdirib.

Belə ki, müxalifətçinin keçmiş həyat yoldaşı İsveçdə yaşayan H.Çaabı görmək və 100 min avro borc vermək vədi ilə İstanbula çağırıb. H.Çaab da öz növbəsində oktyabrın 9-da İstanbulun Beylikdüzü rayonundakı ünvana gedib. Keçmiş həyat yoldaşının içində olduğunu sandığı mikroavtobusa minən H.Çaab orada huşunu itirib və qaçırılıb.

İrana doğru hərəkət edən Zindaştinin adamları alternativ yollardan Türkiyənin Van şəhərinə çataraq Çaabı İrana apara bilib.

TRT-nin yazdığına görə, Naci Şərifi Zindaşti narkotik qaçaqmalçılığı ilə məşğul olan fəaliyyəti müəmma ilə dolu olan isimdir. İranda haqqında edam qərarı çıxandan sonra Türkiyəyə qaçıb. 2007-ci ildə cinayət ittihamı ilə Türkiyədə məhkəmə qarşısına çıxarılıb. FETÖ-çülərlə də əlaqəsi olduğu qeyd olunur.

Narkotik alveri, mütəşəkkil cinayət qruplarını qurma, adam qaçırma və öldürmə ittihamları ilə İstanbul Baş prokurorluğu tərəfindən iddianamələr hazırlanıb.

Haqqında 4 dəfə ağırlaşdırılmış ömürlük və 24 il həbs cəzası tələb edilən Zindaşti 2018-ci ildə ortadan yox olub. O daha sonra İranda peyda olub. Türkiyənin axtarışa verdiyi Zindaşti cinayətkar əməllərini İranda davam etdirdiyi bildirilir.

Həbib Çaab isə İrandakı ərəb azlığının haqlarını müdafiə edən aktivistdir. O, Ərəb Mübarizə Hərəkatının İsveç qanadının başçısı olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158425

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930