Bakıdan İrəvana nümayəndə heyəti uçub? – SENSASİYALI İDDİA

09.04.2021 - 15:25

 

Bakıdan İrəvana nümayəndə heyəti uçub? - SENSASİYALI İDDİA

 

Bakıdan İrəvana bir neçə “əsir” aparacaq təyyarənin yerə boş enməsi müəmmalı suallar yaratdı: Muradov niyə əliboş qayıdıb, yaxud təyyarədə kimlər olub?

“Hraparak” qəzetinin mənbələrinə istinadən irəli sürdüyü sensasiyalı iddiası bu kontekstdə maraqlıdır.

“Mənbələrimiz təyyarənin boş gəlmədiyini, Türkiyə və Azərbaycan nümayəndələrinin Mehri ərazisində inşa edilən yola (Zəngəzur dəhlizi) baxmaq, ərazini öyrənmək məqsədilə Muradovla birlikdə Ermənistana gəliyini deyir. Üçtərəfli razılaşmanın Azərbaycana faydalı olan bütün məqamları yerinə yetirilir”- qəzet iddia edir.

Bu iddiadır, lakin mümkün olması ehtimalı da istisna deyil: aprelin 2-də İlham Əliyevlə Putin telefonda danışdı: əsas mövzu kommunikasiya idi; aprelin 7-də Putin-Paşinyan görüşü keçirildi: kommunikasiya müzakirə olundu; aprelin 8-də Putin Əliyevlə zəng etdi: Paşinyanla görüş haqqında məlumat verdi və kommunikasiyanın açılması məsələsi müzakirə olundu;

Kommunikasiyanın bərpasında Bakı və Ankaranın əsas niyyəti Zəngəzur dəhlizidir. Bu kontekstdə erməni mənbələrin iddiası diqqət çəkir.

Ermənistan Müdafiə Nazirliyi bu iddianı təkzib edib. Sülhməramlı kontingentinin komandanı rüstəm Muradov isə Bakıya səfərinin işgüzar xarakter daşıdığını açıqlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162144

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930