Bu, Qərbin riyakar siyasətinin bariz nümunəsidir – Deputat

09.07.2021 - 20:25

 

Bu, Qərbin riyakar siyasətinin bariz nümunəsidir - Deputat

 

“Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Bu, həm işğal altında saxladığı torpaqlarımızda, həm də transsərhəd çaylarımızda baş verib. Cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub”.

Bunu açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, onun bu əməlləri öz hüquqi qiymətini alacaq və mütləq cəzalandırılacaq: “Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Başqa mühüm bir tərəfi isə odur ki, terrorçu dövlət bu cinayəti tək törətməyib, bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb. Məsələn, Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanın yaxın ortağı olub. Beləliklə, iki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb”.

Deputat əlavə edib ki, başqa vaxt insan hüquq və azadlıqlarından həvəslə bəhs edən, hətta zaman-zaman qərəzli olaraq Azərbaycanı bu məsələlərdə qınayan Almaniya mətbuatı, hökuməti isə nədənsə ona aid olan şirkətin ekoloji terror fəaliyyətinə göz yumur: “Azərbaycan mətbuatının məsələ ilə bağlı çaldığı həyəcan təbilini eşitməzlikdən gəlir. Almaniyanın Azərbaycandakı səfiri sanki məsələni ört-basdır etməklə ictimai gündəmdən çıxarmağa çalışır. Bu ölkənin Yaşıllar Partiyası isə ümumiyyətlə mövzu ilə bağlı mövqe bildirməyə lüzum görmür. Deməli, belə nəticə hasil olur ki, Almaniyada demokratiya da, insan hüquqları da, ekoloji siyasət də yalnız almanların mənafeyi baxımından lazımlı olanda əhəmiyyətli olur. Digər hallarda isə Almaniyadan kənarda hətta belə cinayətlərə ortaq olmaq pis əməl sayılmır. Bu azmış kimi Almaniya mətbuatı Azərbaycana qarşı çəkindirici vasitə kimi məsələni gündəlikdən çıxarmaq üçün informasiya terroru da həyata keçirir. Bütün bunlar Qərbin riyakar siyasətinin bariz nümunələridir. Ancaq Azərbaycan mütləq belə hərəkətlərin qiymətləndirilməsinə və cəzalandırılmasına nail olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164983

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930