“BİZ BİR MİLLƏT, 3 DÖVLƏTİK” – Milli Məclisin nümayəndə heyəti Şimali Kiprdə

17.07.2021 - 12:17

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Respublikasına səfər edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Şimali Kiprin Prezidenti Ersin Tatar nümayəndə heyətini qəbul edib.

Ersin Tatar Türkiyənin Azərbaycanla yaxınlığından məmnunluq duyduğunu ifadə edib.

Biz bir millət, 3 dövlətik”, – deyə o vurğulayıb.

Ersin Tatar Azərbaycandan ilk dəfə olaraq nümayəndə heyətinin ölkəsinə səfər etdiyinə diqqət çəkib və əlavə edib ki, azərbaycanlı deputatlar Şimali Kiprə gələrək tarix yazıblar.

Azərbaycandan Şimali Kiprə ilk dəfə bir siyasi heyətin gəldiyini vurğulayan Səməd Seyidov qeyd edib ki, bundan sonra səfərlər davamlı olacaq: “Biz Şimali Kiprin güclü olmasını istəyirik. Türk dünyası yüksələcək. Bunun üçün Türkiyə, Azərbaycan və Şimali Kipr birlikdə olmalıdır”.

Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının parlament sədri Öndər Sennaroğlu və Baş nazir Ersan Saner tərəfindən də qəbul edilib.

Qeyd edək ki, iyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfər edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165190

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930