Ermənistan Zəngəzur dəhlizinin açılmasını ləngidərsə, Azərbaycan… – İlqar Məmmədov DETALLARI AÇDI

09.08.2021 - 11:53

 

Ermənistan Zəngəzur dəhlizinin açılmasını ləngidərsə, Azərbaycan... - İlqar Məmmədov DETALLARI AÇDI

 

“Hazırda danışıqlar prosesində qeyri-müəyyənliklər çoxdur. Ona görə də indidən bu məsələ ilə bağlı konkret proqnoz və ehtimal irəli sürmək çox çətindir. Amma Ermənistan öz təməl maraqları ilə həmahəng hərəkət etsə, əlbəttə, yaxın gələcəkdə belə bir sazişin imzalanması mümkündür, hətta bu, İrəvanın öz marağında olan bir məsələdir”.

Bunu açıqlamasında REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

20 iyun seçkilərindən sonra Nikol Paşinyanın ölkəsini Azərbaycanla böyük sülh müqaviləsinə hazırlaması və yaxın gələcəkdə bu iki qonşu ölkə arasında böyük sülh müqaviləsinin imzalanmasına münasibət bildirən partiya sədrinin sözlərinə görə, İrəvanın öz milli maraqlarını dərk edib-etməməsi Ermənistanın özündən asılıdır:

“Bu məsələ bizdən asılı olan bir nüans deyil. Biz sahədə formalaşmış vəziyyətlə – mövzud vəziyyət nəzərdə tutulur- hesablaşmalı və ona uyğun hərəkət etməliyik. Təkrar edirəm, böyük sülh sazişinin tezliklə imzalanması elə Ermənistanın da öz milli maraqlarına cavab verir. Ermənistanın tezliklə buna razılaşması daha yaxşı olardı. Onlar Azərbaycanla və Türkiyə ilə bütün kommunikasiyaların bərpasında maraqlı olmalıdırlar. Ümumiyyətlə, burada yeni bir konfiqurasiya formalaşmalıdır. Belə olan halda bizim millətlər sülh, əməkdaşlıq və iqtisadi işbirliyi içində öz yaşayışını, tarixi növcudluğunu davam etdir’ bilər”.

Daha çox “Qərbin adamı” kimi tanınan hazırkı baş nazir Nikol Paşinyan rus ordusunu Ermənistan-Azərbaycan sərhədinə dəvət etdi. Yəni, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə dayansınlar və işğalçı ölkənin sərhədlərini onlar qorusunlar. Bəs bu hal gerçəkləşərsə, biz nələri itirib, nələri qazana bilərik?

İlqar Məmmədovun bu suala cavabı fərqli oldu. REAL sədri bildirdi ki, Paşinyanın hər addımında səmimilik olduğunu düşünmək də sadəlövlük olardı:

“Ola bilər ki, bu məsələdə Paşinyan Qərbyönlü siyasətçi olaraq bir qədər fərqli düşünüb. Ola bilər ki, Rusiya hərbçilərini sərhəddə ona görə dəvət edib ki, Rusiya özü bundan imtina etsin. Amma bunların hamısı hələ ki, qeyri-müəyyənlik sahəsindədir. Daha aydın, daha müəyyən sahələrlə məşğul olmalıyıq”.

REAL sədri Zəngəzur dəhlizinin açılması məsələsindən də danışıb: “Zəngəzur dəhlizinin açılması ümidə bağlı olan məsələ deyil, əmələ bağlıdır. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasını uzun müddət ləngidəcəksə, Azərbaycan öz öhdəliyinə sadiq qalaraq əməli zərurətə çevirəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165762

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930