Ermənilər də bunu nümunə göstərir – Deputat

19.10.2021 - 12:19

 

Ermənilər də bunu nümunə göstərir - Deputat

 

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli rayonuna növbəti səfəri Azərbaycan ictimaiyyətində, ələlxüsus füzulililərin həyatında dərin iz buraxdı. Səfərin Füzuli rayonunun işğaldan azad olunmasının ildönümü, eyni zamanda 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə üst-üstə düşməsi isə hər iki əlamətdar hadisəyə ölkə başçısı tərəfindən ətraflı izahat idi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, hər şeydən əvvəl rayon ictimaiyyətini doğma yerlərin azad olunması üçün aparılan döyüş əməliyyatlarının təşkili, Füzulinin strateji əhəmiyyəti, nəzərdə tutulan bərpa işləri və s. digər məsələlər maraqlandırırdı:

“Əsas diqqətçəkən məqamlardan biri cənab Prezidentin SSRİ-nin dağılması nəticəsində müttəfiq respublikaların özlərini müstəqil elan etdiyi tarixləri ardıcılıllıqla sadalaması oldu. Azərbaycanda isə prosesin ləngidildiyi, bəzi “siyasətçilərin” müstəqilliyin bərpasında xüsusi rolları olduğu barədə ictimai rəyi aldatmağa yönəlik çalışmalarına tutarlı cavab verildi. Naxçıvanda isə Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1990-cı il 17 noyabrda Muxtar Sovet Sosialist sözləri götürüldü. Bunlar tarixi faktlardır və gənc nəsil müstəqillik tariximizi dəqiq bilməlidir. Prezidentin Qarabağa etdiyi hər bir səfər məzmunca əvvəlkilərdən fərqlənir və müsbət mənada hər birimizi təəccübləndirir. Bu da təbii olaraq hər bir rayonun spesifik xüsusiyyətləri, tarixi ilə bağlıdır. Həqiqət ondan ibarətdir ki, hər bir rayonda, şəhərdə, qəsəbədə, kənddə misli görünməmiş sürətlə infrastruktur layihələri icra olunur”.

Deputatın sözlərinə görə, ən müasir dünya standartlarına uyğun “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri həyata keçirilir:

“Ekoloji parklar, “yaşıl zonalar”, Zəfər muzeyləri, aqrokomplekslər yaradılır. Artıq bir neçə rayonun baş planları hazırlanıb və onların hər birinin praktiki icrası ilə bağlı yeni yaşayış komplekslərinin təməl daşları qoyulub. Cəmi 8 ay ərzində ərsəyə gəlmiş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın əsas qapısı olmaqla hər kəsi qürurlandırır. Təkcə ölkəmizdə deyil, eyni zamanda Ermənistan mətbuatında da Qarabağda aparılan quruculuq işləri yaxından izlənilir. Bir çox ermənilər ölkələrinin siyasətçilərinə irad tutur, aparılan işləri nümunə göstərir. İşin sürətinə, keyfiyyətinə heyran olduqlarını gizlətmir. Bütün bunlar hər birimizi qürurlandırır və Azərbaycanın 44 günlük müharibədə olduğu kimi, bərpa-quruculuq işlərində də qüdrətinin nümayişidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167706

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930