Blinkenin köməkçisi Zəngəzur dəhlizindən DANIŞDI

16.06.2022 - 20:25

“ABŞ Azərbaycanda demokratiyanın etibarlı dayağıdır və regionda sülhün inkişafı üçün yaxşı imkanlar görür”.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid brifinqdə deyib.

 

“Azərbaycan və Ermənistan arasında sülhə nail olmağın müxtəlif yolları var. Zəngəzur dəhlizi belə imkanlardan biridir”, – Donfrid bildirib.

 

Onun sözlərinə görə, ABŞ tərəflər arasında sülhə nail olmağa kömək etməyə hazırdır və indi bunun üçün fürsət pəncərəsi açılıb: “Fürsətin nə qədər davam edəcəyi bilinmir”.

 

O, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən və Cənubi Qafqazın inkişafında Azərbaycanın yeri ilə bağlı müzakirələrdən danışıb.

 

“Prezident İlham Əliyev Cənubi Qafqazı dinc inkişafda görür. ABŞ burada davamlı sülhə nail olmaq üçün region ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir”, – Dövlət katibinin köməkçisi vurğulayıb.

 

K.Donfridin sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti ilə qarşılıqlı əlaqədədir.

 

Dövlət katibinin köməkçisi regiona səfəri çərçivəsində bu müzakirələri digər region ölkələri ilə də davam etdirəcək.

 

“Əgər biz burada əməkdaşlığı gücləndirə bilsək, bu, regionun çiçəklənməsinə gətirib çıxaracaq”, – o deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176963

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930