Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcək? – ABŞ-dan açıqlama

27.09.2022 - 12:13

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ay ikinci görüşünün təşkil edilməsi ilə bağlı qərarı ölkələr özləri verəcək”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən gün keçirdiyi mətbuat konfransında deyib:

“Amma biz hesab edirik ki, Azərbaycan və Ermənistan arasında birbaşa əlaqənin davam etdirilməsi təkcə onların maraqlarına uyğun deyil, bu, həm də regionun və onun hüdudlarından kənar ölkələrin maraqlarına uyğundur. Biz yenə də ikitərəfli, üçtərəfli, çoxtərəfli şəkildə kömək etməyi təklif etmişik. Təbii ki, burada Avropa İttifaqı da mühüm rol oynayır”.

O, həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Vaşinqtona səfərinə də münasibət bildirib:

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Vaşinqtondadır və faktiki olaraq bu səhər dövlət katibinin köməkçisi Donfridlə görüşüb. Biz həm Ermənistan, həm də Azərbaycan rəsmiləri ilə müntəzəm əlaqə saxlayırıq. Bu görüşlər davam edəcək”.

Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182670

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031