Azərbaycan və Moldova arasında əməkdaşlıq sənədi imzalanıb – Fotolar

18.10.2022 - 19:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Cumhuriyyet.az-ın xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Moldova arasında əlaqələrin daim inkişaf etməkdə olduğunu, ötən dövrdə müxtəlif sahələr üzrə imzalanan 63 əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə imkan verdiyini bildirib.

İki ölkənin əlaqələrinin sosial sahəni də əhatə etdiyini diqqətə çatdıran S.Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Moldova Milli Sosial Sığorta Kassasının fəal əməkdaşlığını qeyd edib.

S.Babayev bu ilin avqust ayında moldovalı həmkarı M.Spatar ilə görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişafına dair aparılan müzakirənin önəmini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizdə geniş miqyas alan sosial islahatlar proqramı, xüsusilə əmək, məşğulluq və sosial müdafiə sahələrində son 4 ildə əldə olunmuş mühüm irəliləyişlər, sosial ödənişlərdə edilən ciddi artımlar barədə məlumat verilib.

DOST konsepsiyası, əmək, məşğulluq, sosial müdafiə sahəsində xidmətlərin avtomatlaşdırılması və proaktiv formada əhaliyə təqdim olunması ilə bağlı əldə olunan uğurlar diqqətə çatdırılıb. Nazirliklər arasında əlaqələrin, təcrübə mübadilələrinin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.

M.Spatar Moldavanın Azərbaycanla əlaqələrini daim genişləndirməkdə maraqlı olduğunu, iki ölkənin sosial sahədə əməkdaşlığının da daim genişlənəcəyinə əminliyini, hazırkı səfərinin də bu məqsədə yönəldiyini bildirib.

O, səfər zamanı DOST mərkəzi ilə də tanış olduğunu, Azərbaycanın DOST təcrübəsini öyrəndiklərini və DOST konsepsiyasını Moldovada tətbiq etmək niyyətində olduqlarını bildirib. M.Spatar həmçinin Azərbaycanın sosial sahədə elektron texnologiyaların, proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində təcrübəsinə maraq göstərdiklərini də diqqətə çatdırıb.

Görüşün yekunu olaraq S.Babayev və M.Spatar “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Sənəddə əmək, məşğulluq, əhalinin sosial müdafiəsi sahələrində müvafiq qanunvericiliyin və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarətin təkmilləşdirilməsi, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığının təşkili, həssas əhali qruplarının məşğulluq imkanlarının genişləndirilməsi, əlilliyi olan şəxslərin tibbi, sosial və məşğulluq problemlərinin həlli, sosial xidmətlər və s. kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əksini tapır.

Sənədin imzalanmasından sonra keçirilən brifinqdə S.Babayev və M.Spatar yeni imzalanan Memorandumun iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafında önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=183886

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930