Ceyhun Bayramovun ATƏT-də çıxışı Moldova KİV-də – Fotolar

03.12.2022 - 22:30

Moldova KİV-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ATƏT  Nazirlər Şurasının 29-cu iclasında çıxışı rumın və rus dillərində geniş işıqlandırılıb.

Cumhuriyyet.az-ın xəbərinə görə, Moldovanın RUPOR.MD, PUBLİKA.MD, PRİMELESTİRİ.MD, REALİTATEA.MD, DOSARMEDİA.MD xəbər portallarında C.Bayramovun çıxışının əsas tezisləri əks olunub.

Belə ki, PUBLİKA.MD portalında “Bayramov: Ermənistan fərq qoymadan Azərbaycanın azad olunmuş ərazilərində mina basdırmağa davam edir” başlıqlı xəbərdə Azərbaycanlı nazirin Ermənistanın Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları basdırmağa davam etdiyini, Azərbaycanın suveren ərazilərində 2021-ci il Ermənistan istehsalı olan 2728 mina aşkar olunduğunu, bu minaların yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolu ilə keçirilməsini və bunun sözü gedən yoldan kobud sui-istifadə etməsi barədə dedikləri dərc olunub. Nazirin minar ilə bağlı söylədikləri həmçinin PRİMELESTİRİ.MD və DOSARMEDİA.MD xəbər saytlarında yayımlanıb. RUPOR.MD və REALİTATEA.MD xəbər saytlarında “Azərbaycan XİN başçısı: erməni əsilli vətəndaşlarımızı reinteqrasiya etməyə hazırıq” adlı xəbərdə Azərbaycanın post münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarına bütün Azərbaycan vətəndaşlarının malik olduğu eyni hüquq və azadlıqları təmin etməklə onların öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətli olduğu barədə dedikləri əks olunub.

Xəbərlərlə daha ətraflı aşağıdakı linklərdə tanış olmaq mümkündür:

https://primelestiri.md/bayramov-aceste-mine-au-fost-transportate-prin-coridorul-lachin—127960.html

https://ru.publika.md/bayramov-armeniya-prodolzhaet-besporyadochnuyu-ustanovku-min-na-territoriyakh-osvobozhdennykh-azerbaydzhanom_2230881.html

https://realitatea.md/ministrul-azer-de-externe-azerbaidjanul-este-pregatit-sa-isi-reintegreze-cetatenii-de-origine-armeana/

https://rupor.md/glava-mid-azerbajdzhana-my-gotovy-reintegrirovat-svoih-grazhdan-armyanskogo-proishozhdeniya/

https://dosarmedia.md/bayramov-afirma-ca-armenia-continua-sa-instaleze-mine-pe-teritoriul-azerbaidjanului-sabotand-eforturile-de-reconstructie/

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186038

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930