“Bakı və Ankara təhdidlərə birgə cavab verəcək” – Hulusi Akar

06.12.2022 - 20:43

Bakı və Ankara təhdidlərə birgə cavab verəcək. “Bizim hər hansı birimizə qarşı hər hansı təhdid və ya təxribat universal olaraq qəbul ediləcək”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

“Dostlarımız ortaqdır, hər birimizin düşməni həm Azərbaycanın, həm də Türkiyənin düşmənidir, buna heç kim şübhə etməsin”- deyən Hulusi Akarın sözlərinə görə, dünyada və regionda həm təhdidlərin, həm də təhlükələrin olduğu son dərəcə təhlükəli bir mərhələdəyik.

“Bu çətin vəziyyətdə iki ölkə və xalqımızın təhlükəsizliyinin təmin edilməsi yalnız təsirli və təmkinli ordunun köməyi ilə mümkündür”, – deyən Akar, güclü ordunun müasir hərbi texnika ilə yanaşı, təcrübəli mütəxəssislərə də ehtiyac olduğunu vurğulayıb.

Akar bu dəfə İranla həmsərhəd bölgələrdə keçirilən Türkiyə-Azərbaycan hərbi təlimlərini izləmək üçün Bakıya gəlib . Bundan əvvəl Tehran Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlər keçirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186160

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031