Fransanın onları “polis” kimi təqdim etməsi qəbuledilməzdir

07.03.2023 - 19:50

Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin mövzu ilə bağlı sualını cavablandırarkən bildirib.

Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Üçtərəfli Bəyanat uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir.

Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Bir daha xatırladırıq ki, ərazilərimizin 30 illik işğalına son qoyulmasından sonra Ermənistan tərəfinin davam edən təxribatlarının qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasına və istifadə edilməsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=189581

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930