Nazirlikdən xüsusi təhlükəli hava – Xəbərdarlığı

04.10.2018 - 10:30

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yaymışdı. Xəbərdə bildirilirdi ki, oktyabrın 5-6-da ölkə ərazisində hava şəraiti kəskin pisləşəcək, leysan olacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq.

Cumhuriyyet.net xəbər verir ki, sözügedən məlumat nazirliyin saytına “Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq” başlığı ilə yerləşdirilib.

Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək hava şəraitinin qeyri-sabit  keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123331

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930