Abşeronlu gənclərdən Bursaya bayraq yürüşü – Foto

11.11.2018 - 13:35

Abşeronlu gənclər tərəfindən Türkiyəninin Bursa şəhərində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.

Reportyor.info xəbər verir ki, yürüşdən əvvəl iştirakçılar Uludağın ətəyində yerləşən Heydər Əliyev Parkını ziyarət edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Bursa Uludağ Universitetindən “Bayraq yürüşü”nə başlayan yüzlərlə Azərbaycanlı tələbələr Bursanın mərkəzi meydanında yürüşü başa çatdırıblar.

Yürüş boyunca iştirakçılar “Üç rəngli bayrağımız heç zaman enməz!”, “Dövlət müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır!”, “Yaşasın müstəqil və azad Azərbaycan!” şüarları səsləndiriblər.

Yürüş iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar

Bu münasibətlə məşhur “Bursa Meydanı”-da keçirilmiş tədbiri Bursa Uludağ Universitetinin tələbəsi Zəka Nəsirzadə giriş sözü ilə açaraq, ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışıb, üçrəngli bayrağımızın 100 illik tarixi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini deyib:
“Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Bu ilk dəfə 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlətin qurulması ilə mümkün oldu.Və bu bayraq ilk dəfə həmin dövlətin bayrağı oldu. Bu bayraq 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə milli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildi, 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdı”.

Yürüşün sonunda maraqlı məqamlardan biridə Abşeronlu gənclər -Təmraz Həsənov və Zəka Nəsizrzadə tərəfindən 200-dən çox Bursa sakininə masaüstü istifadə üçün nəzərdə tutulmuş ölkəmizin bayrağının hədiyyə edilməsi olub.

Qeyd edək ki, 2008-ci ilin iyun ayında Bursa bələdiyyəsi ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhərlər”in elan olunması haqqında razılaşma əldə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124454

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930