Komitə sədrinin “imtiyazlılar qvardiyası” ay oynadır

06.01.2019 - 02:35

Artıq bir neçə ildir ki, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və onun tabeçiliyindəki şəxslərin özbaşınalığı ilə bağlı ölkə mediasında saysız-hesabsız informasiyalar yer almaqdadır.
Bu günlərdə redaksiyamıza Əmlak Komitəsinin bəzi əməkdaşlaır ilə bağlı yeni informasiyalar daxil olub.
Məlumatlı mənbədən daxil olan məlumata görə, son aylar Əmlak Komitəsinin bir qrup əməkdaşının fəaliyyəti Bakı və Bakı kəndlərində əhalinin ciddi narazılığına səbəb olub. Belə ki, Əmlak Komitəsinin Əbülfət, Məhəmməd, Avtondil adlı əməkdaşları özlərini sözün həqiqi mənasında Kərəm Həsənovun “imtiyazlılar qvardiyası”na məxsus şəxslər kimi apararaq vətəndaş və sahibkarlar üçün əsassız problemlər çıxarır, bzi məqamlarda öz imtiyazlarından vətəndaşlara qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Redaksiyamıza daxil olan müraciətdə diqət çəkən məqamlardan biri də Əmlak Komitəsinin bəzi firmalara təqdim etdiyi sənədlərin əsassızlığı ilə bağlıdır. Məlumatlı mənbənin sözlərinə görə, Əmlak Komitəsinin bəzi firmalara təqdim etdiyi sənədlərin hazırlanmasında lazımi hüquqi normativlərə əməl edilməyib. Məhz bu baxımdan da mənbə həmin firmalara verilən sənədlərin hüquqi əsasının olmadığını vurğualayır.
Məlumat üçün qeyd edək ki, həmin firmaların adı bizə məlumdur və yaxın günlərdə bu firmaların adları ilə yanaşı, komitə əməkdaşları ilə bağlı şikayətlərin dəqiq mahiyyətinə də aydınlıq gətirəcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126343

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031