Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar

14.02.2019 - 11:28

Xırdalanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının yeddi illik yubileyi qeyd olunub. Abşeron rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir Heydər Əliyev Mərkəzində keçirilib.

Xeberfakt.az bildirir ki, tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, ziyalılar, ağsaqqallar, şəhid ailələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Abşeron rayon İcra hakimiyyətinin başçısı İ.Gülməmmədova Azərbaycan ordusunun günü-gündən gücləndiyini, eləcə də ordu quruculuğunda əhəmiyyətli irəliləyişlərin əldə oldunduğunu vurğulayaraq bildirib ki, dövlət tərəfindən bu sahənin inkişafı istiqamətində lazimi islahatlar aparılır. İştirakçıları təbrik edən başçı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Belə bayramların işğal olunmuş torpaqlarımızda keçirilməsini arzulayan İ.Gülməmmədova o günün uzaqda olmadığını qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev bildirib ki, bu 7 ildə Xidmətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. O qeyd edib ki, ötən qısa müddətdə Dövlət Xidməti inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
H.Quliyev vurğulayıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb.

Tədbirdə həmçinin çıxış edənlərdən ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıblar.

Bundan sora fəaliyyətində fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və pul mükafatları verilib.
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126812

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930