“Bakcell”in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

05.03.2019 - 17:11

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil intenet provayderi Bakcell şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G xidmətlərini təqdim edir. Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlana bilirlər.

Qeyd edək ki, 1700-dən artıq 4G stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük LTE şəbəkəsinə malikdir.

Bakcell 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. Şəbəkəyə yatırılan iri həcmli sərmayələr nəticəsində keçən il 300-ü regionlarda olmaqla 800-dən artıq 4G stansiyası quraşdırılıb. İstifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq bu il ərzində ölkə ərazisində 750-dən çox 4G baza stansiyası istifadəyə veriləcək.

Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək məqsədilə müntəzəm olaraq şəbəkə infrastrukturunu təkmilləşdirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127200

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031