Broyler toyuğu və qaraciyərini yeməyin – Pediatrdan xəbərdarlıq

15.03.2019 - 13:05
Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb.Cumhuriyyet.net Medicina.az-a istinadən xəbər verir ki, pediatr həkim Vaqif Qarayev də broyler toyuğu və ayrıca satılan toyuq qaraciyərinin təhlükəli olması barədə açıqlama verib.
Onun sözlərinə görə, toyuğu antibiotiklərdən təmizləmək üçün bu qaydalara əməl olunmalıdır:
“1. Toyuğu qaynatdıqdan sonra bulyonu mütləq atılmalıdır.
2. Toyuğun qara ciyəri və böyrəkləri də atılmalıdır və qətiyyən alınmamalıdır. Çünki antibiotik və toksinlər toyuğun ən çox dərisi, qaraciyəri və böyrəklərində toplanır.
3. Toyuğu duz və limon şirəsi əlavə edilmiş suda 2 saat saxlayıb, sonra bişirmək lazımdır”.
V.Qarayev bu metodların az da olsa zərərsizləşdirici tədbir kimi işə yarayacağını bildirsə də, ümumiyyətlə broyler toyuğu və içalatı almamağı məsləhət görüb:
“Aqrar sektorda istifadə olunan gübrələrdə də antibiotik var. Ona görə də bugünkü antibiotikərin artıq təsir etməməsi barədə də məlumatlar çoxalır və dünya səhiyyəsi supergüclü antibiotik axtarışındadır”.
Satışa icazəsi olmayan, mənşəyi naməlum, xüsusən restoran və şadlıq evlərində masaya gətirilən, hardan əldə olunduğu məlum olmayan toyuqlardan uzaq durmaq tövsiyyə edilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127290

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930