Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

22.05.2019 - 11:23

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti informasiya texnologiyaları vasitəsilə qadınların liderlik bacarığının artırılması istiqamətində layihəyə dəstək göstərir.
“Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə BMT-nin İnkişaf Proqramı çərçivəsində yaradılmış Salyan və Sabirabad Qadın Resurs Mərkəzlərində (QRM) həyata keçirilən layihənin məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Layihə çərçivəsinə hər iki QRM-nin fəaliyyəti, qadınların uğur hekayələri və fərdi inkişafla bağlı məlumatları əks etdirən xüsusi İnternet portalı (www.azqrm.net) yaradılıb. Həmin portalda bacarıqların artırılması ilə bağlı vebinarlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri Mərkəzə gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.
Sabirabad və Salyan rayonlarında azqrm.net portalının təqdimatı, “Şəbəkələşmə” və “Məşğulluq, peşə və əlavə gəlir” mövzularında seminar keçirilib. Hər iki tədbirdə rayon mərkəzlərindən və kəndlərdən 25-ə yaxın qadın iştirak edib.
Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128459

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930