“Riyad-farm” şefinin çoxmilyonluq talanı: Həsən Şərifov sudan quru çıxıb necə gizləndi?

10.06.2019 - 00:05

Beynəlxalq Bankla bağlı yeni nüanslar üzə çıxmaqla yanaşı, bu prosesdə həbsdən qurtaranların da müəmması artır. Bu sırada “Riyad-farm” MMC rəhbərliyi də var. Bildirək ki, 2015-ci ildə “Riyad-farm” MMC-yə məxsus apteklərin bağlanması,şirkətin iflası ilə bağlı xəbərlər mediada geniş yayılırdı. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, həmin vaxt şirkətin yüz faiz paylı təsisçisi və direktoru Aqil Quliyev və şirkətin real sahibi və idarəçisi Həsən Şərifovun hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi ilə bağlı məlumatlar verilirdi. Problemin Azərbaycan Beynəlxalq Bankına olan 200 milyonluq borcdan qaynaqlandığı bildirilirdi. Lakin,sonradan mövzu necə deyərlər gündəmdən çıxarıldı və Həsən Şərifov unuduldu.
Azərbaycan Beynəlxalq Bankının Moskva filialından çoxmilyonluq kredit götürən H.Şərifov götürdüyü krediti təyinatı üzrə deyil,daha çox özünün şəxsi biznesinin çiçəklənməsinə sərf edib. Belə ki, media üzərindən aparılan araşdırmaya əsasən cumhuriyyet.az bildirir ki, sözügedən şirkətin Azərbaycan Beynəlxalq Bankına akkreditiv üzrə kredit borcu 24 milyon manat təşkil edib: “Əsasən də şirkətin iflas olmasına səbəb şirkətin sahibləri Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.) , Moskvadakı bizneslərinə yatırmaları və bu biznesdə uğursuzluqları səbəb olub. “Riyad-farm”ın mərkəzi ofisi və deposunun yerləşdiyi yerə görə 4 aylıq kirayə haqqı borcu yığışıb və işçilərin çoxuna 2 aylıq əməkhaqqı borcları qalıb.”
Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra Şərifovların da biznesinin qürubu başlayıb. Qeyd etdiyimiz kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Həsən Şərifov bundan sonra fəaliyyətini sanki “dondurur”. Amma bu şirkət və onun rəhbərliyi ilə bağlı yeganə qalmaqal Beynəlxalq Bankdan göturülən kreditlə bitmir. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq daha bir rəsmi məlumatı diqqətinizə çatdırırıq: ” Mətbuatda yanlış olaraq “Riyad-farm”la “Riyad” şirkəti qarışıq salınır. 2007-ci ildən “Riyad-farm” şirkətinin bütün maliyyə təsərrüfat fəaliyyətinə rəhbərliyi direktor Aqil Quliyev, şirkətin real sahibləri Həsən və Asif Şərifov qardaşları həyata keçiriblər. Sadəcə olaraq, bu adda şirkətin əhali arasında inam qazanması səbəbindən ad dəyişdirilmədən “Riyad-farm” brend adı ilə fəaliyyətlərini davam etdirib və “Riyad-farm” dərman şirkəti “Riyad şirkətinə məxsus Bakıxanovda yerləşən depo və mərkəzi ofisin icarəçisi olub. Hal-hazırda “Riyad” şirkəti “Riyad-farm”ın rəhbərliyini dələduzluq, vəzifə saxtakarlığı, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyan vurma və digər iddialarla məhkəməyə verib”. Amma maraqlıdır ki, Cahangir Hacıyevlə zamanında sıcaq münasibətlərdə olan Həsən Şərifov həbs edilsə də sonradan “sudan quru çıxmağı” bacarıb. Bir zamanlar “zavtrak”ını Bakıda, “obed”ini Moskvada, “ujin”ini İsveçrədə edən Həsən Şərifov mübhəm bir səssizliyə çəkilərək öz fəaliyyətini davam etdirir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə biznes imperiyasının çiçəkləndiyi mərhələdə öz qohum-əqrabasını unutmayan Həsən Şərifov onları ətrafına toplayaraq çörək sahibi edib. Lakin taleyin “bumeranq effekti” ona da nəsib olub. Belə ki, qohum-əqrabası H.Şərifova “oğrudan oğruya halaldır” prinsipi ilə xeyli “atıblar”. Çünki zamanında Həsən Şərifov da öz şeflərinə qarşı eyni prinsiplə hərəkət edərək külli var dövlət sahibi olub.
– “Riyad-farm” şirkətinin icraçı direktoru olmuş Həsən Şərifov indi hardadır?
– Zamanında Cahangir Hacıyevlə onu bağlayan “qırılmaz tellər” yenə də mövcuddurmu?
– Böyük qalmaqaldan, həbsdən Həsən Şərifov necə xilas olub?
– Onun öz patronlarından gizlətdiyi əmlakların dəyəri nə qədərdir?

Mövzu ilə bağlı araşdırmamız davam edəcək…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128843

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930