Bayılda söküntü sürətlənib, ancaq hələ də yüksək kompensasiya gözləyənlər var

10.07.2019 - 11:25

Sakinlərə görə, verilən məbləğ azdır, rəsmi qurumlar isə heç kimi köçməyə məcbur etmir…

Bayıl ərazisindəki sürüşmə zonasında yerləşən evlərin 50 faizə yaxını sökülüb. Bu barədə “Yeni Müsavat”a sakinlər özləri məlumat veriblər. Onlar bildiriblər ki, köçürülən ailələr kompensasiya ilə razılaşıblar. Lakin verilən məbləğlə razılaşmayanlar da var ki, onlar evlərini tərk etməyiblər. Rəsmi qurumların nümayəndələri həmin ailələri məcburi da köçürmək niyyətində deyillər. Sakinlərə bildirilib ki, kim istəsə, onlar köçürüləcək.

Məlumat üçün qeyd edək ki, bu ilin mayında yayılan rəsmi məlumata görə, Azərbaycan Nazirlər Kabineti Bakının Səbayel rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir.

“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək. Vəsait ailələrin bank hesablarına köçürüləcək. Evlərin sökülməsi, abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, nəzərə alınsın. Gələcəkdə ərazidə tikinti işlərinin aparılmasına ciddi nəzarət olunacaq, bu cür hallara yol verilməyəcək”, – məlumatda bildirilib.

Sakinlərin dediyinə görə, ayrılan vəsaiti kvadrata bölən zaman müəyyən səhvlər ortaya çıxır: “Yaşayış yerlərinə 1000 manat hesablanır, zirzəmilərin, köməkçi tikililərin isə qiyməti başqadır. Həyətə isə ümumiyyətlə, pul vermirlər. Bütün bunlara ümumi yanaşanda evin hər kvadratına təxminən 600-700 manat kompensasiya düşür. Kiçik evlərə verilən vəsaitin məbləği aşağı olduğu üçün ailələr narazılıq edir. Ancaq razı olub, pulunu alanlar da var. Məsələn, şəhərdən mənzil alanda deyirlər ki, ev 100 kvadratdır, hər kvadratı da 2 min manatdır. Daha orada hesablamırlar ki, bunun hamamı var, onun qiymətini aşağı edək və sairə. Ancaq bizə kompensasiya verən zaman gəlirlər ki, hamamın kvadratına 300 manat veririk. Halbuki evdə elə təmir zamanı ən çox xərc aparan hamam və sanitar qovşağı olur. Deyirlər ki, otağın biri təmirsizdir, onun pulunu aşağı hesablayırıq. Bu, necə yanaşmadır?  Rəsmi qurumların açıqlaması belədir ki, heç kimi köçmək üçün məcbur etmirik. Ancaq dirəniş göstərənlərin çoxu da artıq köçmək məcburiyyətində qalıb. Çünki baxırsan ki, artıq ətrafda ev qalmayıb, hamısı sökülüb. Ona görə də insanlar məcbur qalıb köçürlər. Ancaq elə tələblər var ki, camaat köçə bilmir. Deyirlər ki, evini sök, fotosunu gətir bizə ver, pulunu al. Camaat da bildirir ki, evi söksəm, qalacaq başqa yerim yoxdur. Həmin müddəti nə edim?”

Bayılda söküntü ile ilgili görsel sonucu

Yada salaq ki, Bayıl ərazisindəki “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər. Ona görə də məcbur qalıb ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Yanvar ayında köçürülmə prosesi ləngidiyi üçün kirayə pulunun verilməsi yenidən mart ayına qədər uzadılmışdı.

Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Hazırda da əksər evlərdə kommunal xidmətlərin verilişi bərpa olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə sürüşmənin aktivləşməsi ilə bağlı son zamanlar heç bir məlumat yaymayıb. Bildirilib ki, ərazidə vəziyyət stabil olaraq qalmaqdadır.

Onu da bildirək ki, ərazidəki evlərin çıxarışı yoxdur. Lakin sakinlər illərdir ki, orada məskunlaşıblar. Bildirirlər ki, evlərini tikən zaman bu barədə müvafiq qurumların hamısını məlumatlandırıb, razılıqlarını alıblar.(yeni müsavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129327

XƏBƏR LENTİ

20.07.2019Təbrik edirik

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031