Qaradağ ərazisində bir söküntünün izi ilə: kim haqlıdır?

19.09.2019 - 10:08

Bu günlərdə mediada Qaradağ rayon Şankar qəsəbəsi ərazisində “Qışlaq” fermalarında yerləşən bir qrup Kəlbəcər, Laçın və Şuşa rayon sakinləri onlara qarşı rayon icra hakimiyyətinin qanunsuz köçürmə aparmalarından şikayətləri dərc olunmuşdu. Belə ki, özünü kəlbəcər qaçqını kimi təqdim edən Vaqif Məmmədov adlı şəxs ona məxsus fermanın Qaradağ rayon icra hakimiyyətinin məsul şəxslərinin göstərişi ilə söküldüyünü və ondan rüşvət tələb olunduğunu iddia edirdi.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda maraqlı məqamlar ortaya çıxıb. Əvvəla məlum olub ki, V.Məmmədov əslən ümumiyyətlə Kəlbəcər rayonundan deyil. O sonradan ailə vəziyyəti ilə əlaqədar bu rayon qeydiyyatına düşüb və qaçqın statusu alıb. Ferma kimi təqdim olunan obyekt isə heç bir baxımdan V.Məmmədova məxsus deyil. o vaxtı ilə burda gözətçi işləmiş, obyektin sahibi dünyasını dəyişdikdən sonra isə heç bir rəsmi mülkiyyət sənədi olmadığından ərazini ələ keçirmişdir. Araşdırmalar zamanı onu da öyrəndik ki, həmin obyekt bir müddət əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərmiş, polis burda əməliyyat keçirdikdən sonra fəaliyyət dayandırılmışdır. Bundan sonra vaqif Məmmədov üzərində ona aid heç bir mülkiyyət sənədi olmayan obyekti Bulud adlı şəxsə satmış, ikincisi isə burdan ferma kimi istifadə etmişdir. Son olayın, obyektin sökülməsinin isə Qaradağ rayon icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur. Qaradağ rayon Şankar qəsəbəsi qışlaq sahəsindəki bu ərazi Müdafiə Nazirliyinin balansındadır. Dövlət mülkiyyətində olan ərazidə isə vətəndaşın hər hansı bir tikinti işi aparması qeyri qanunidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133272

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930